Şirvan şəhərində kişi arvadını boğub sonra başını kəsərək öldürüb.

Məlumata görə, hadisə fevralın 26-da Cənub Sənaye Qovşağının inzibati binasına baş verib. 1986-cı il təvəllüdlü Nağıyev Sahib İdris oğlu arvadı Nağıyeva Pərvanə Vaqif qızını mübahisə zamanı boğub, daha sonra mətbəx bıçağı ilə boğazını kəsərək öldürüb. S.Nağıyev hadisəni törətdikdən sonra 102-yə zəng edərək arvadını öldürdüyünü deyib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İstinadlar Qafqazinfo