İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 57 nəqliyyat vasitəsi satılıb.

Avtomobillərə ümumilikdə 84 sifariş qəbul edilib.

Bunlarda 21-i onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda ilkin satış qiyməti 7.500 manat olan “BMW 530I” markalı avtomobil 9 075 manata, 3 975 manata olan “Khazar” markalı avtomobil isə 4 298 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə https://bit.ly/4jGI2id linki vasitəsilə tanış olmaq mümkündür.

6, 7, 13 və 27 mayda keçiriləcək növbəti hərraclara nəqliyyat vasitələri və avadanlıqlar çıxarılacaq.

İstinadlar Report