
“Startap” şəhadətnaməsinin verilməsi üzrə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
Iclasda KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 4-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnamələri “Mobil mühasib” MMC-nin mühasibatlıq xidmətlərini avtomatlaşdıran mobil tətbiqi, “Performance Center” MMC-nin təhsil müəssisələrinin akademik və administrativ əməliyyatlarının idarəedilməsi üçün platforma və mobil tətbiqi, “İDDO PSP” MMC-nin “İDDO” sağlamlıq proqramının idarəedilməsi üçün onlayn platforması və “YOLLAZ” MMC-nin taksi xidmətinin təşkili üçün mobil tətbiqi layihələri üçün təqdim olunub.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-ə çatıb.