
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 32 nəqliyyat vasitəsi satılıb.
Hərrac rəqabətli keçib.
Belə ki, start qiyməti 7 000 manat olan “Mercedes Benz” markalı mikroavtobus 12 500 manata, 2 800 manat olan “Kamaz” markalı yük avtomobili isə 9 000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3L3QYU linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 22 və 24 aprel tarixlərində keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, avadanlıqlar və texnikalar çıxarılacaq.