Azərbaycanın 61 rayonunda taxıl biçini gedir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb. Bu günə qədər sahələrdən ümumilikdə 1 364 844 ton məhsul yığılıb.

Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 649, fiziki və hüquqi şəxslərin isə 854 kombaynı iştirak edir. Biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.

İstinadlar Report