Bu il Azərbaycanda “Qiymətli metallar”, “Qiymətli daşlar”, “Bank metalları”, “Əyarlama və damğalanma”, “Qiymətli daşların çeşidlənməsi və təsnifləşdirilməsi” sahəsi üzrə daha 4 dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” ictimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.