Masallı Bioloji Təbabət klinikasının Cərrahiyyə Mərkəzində Azərbaycan səhiyyəsi üçün əlamətdar sayılan əməliyyat icra edilib.

Masallı Bioloji Təbabət klinikasının Türkiyədə təhsil almış uzman ümumi cərrahı, doktor Alim Əkbərov və klinikanın peşəkar tibb heyəti tərəfindən “Tək kəsikli endoskopik qalxanabənzər vəzinin çıxarılması əməliyyatı” baş tutub. Əməliyyatın ilk olma xüsusiyyəti bundadır ki, boyunda kəsik aparmadan, qoltuqaltından tək portla girilməklə icra edilib.

Klinikaya boyunda şişkinlik şikayəti ilə müraciət edən 56 yaşlı xanım pasiyent klinik, laborator və instrumental müayinələrdən keçirildikdən sonra onda qalxanabənzər vəzinin (zob) sağ payında 2 sm-lik düyün aşkar olunub. Protokola əsasən İİAB (incə iynə aspirasiya biopsiyası) olunub, İİAB-nin nəticəsi follikulyar neoplazma olaraq bildirilib.

Pasiyent sağ hemitiroidektomiya qərarı ilə əməliyyata alınıb, əməliyyat ilk dəfə olaraq tək kəsikli endoskopik üsulla icra olunub. Əməliyyat 1.5 saat davam etdi. Əməliyyatdan sonra pasiyent palataya verildi və 1 gün sonra evə yazılıb.

Endoskopik tiroid (zob) cərrahiyyəsi dünyada çox nadir icra olunan əməliyyatlardan biridir. Bu əməliyyat çox az sayda ölkələrdə icra olunur, artıq ölkəmiz də bu ölkələr siyahısına daxil olmuş olub.

Xatırladaq ki, endoskopik tiroid cərrahiyəsi ölkəmizdə də bir neçə üsulla icra olunurdu (BABA, ABBA, TOETVA). Lakin SIET (Tək kəsiklə endoskopik tiroidektomiya) üsulu ilə qalxanabənzər vəzinin çıxarılması əməliyyatı ilk dəfə Masallı Bioloji Təbabət Klinikasında icra olunub.

 

İstinadlar Qafqazinfo