Sumqayıtda intihara cəhd olub.

Orta yaşlarında bir kişi şəhərin 45-ci məhəlləsində “Əyri bina” adlanan yaşayış binasının damına çıxaraq intihar etmək istəyib.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Qeyd edək ki, bu hadisədən öncə son sutka ərzində ölkədə 8 intihar və 2 intihara cəhd hadisəsi baş verib.

Son 24 saatın digər intihar hadisələri sosial şəbəkədə aşağıdakı kimi siyahılanıb:

Bərdə: 32 yaşlı Tofiq İsgəndərov özünü həyətindəki çardaqdan asıb.

Zaqatala: 48 yaşlı Məlahət Şabanova qaz borusundan özünü asıb.

Bakı: 16 yaşlı qız Şərifzadə küçəsi 30, ünvanı 9-cu mərtəbədən özünü atıb.

Bakı: 52 yaşlı Xəzər rayon sakini Zümrüd Əliyeva özün asıb.

Bakı: 19 yaşlı Binəqədi rayon sakini Rəhman Rəsulov özünü asıb.

Binə: 1999-cu il təvəllüdlü Elməddin Bəşirov evdə özünü asıb.

Bakı: K.Rəhimov küç. ev 30 ünvanında yerləşən binanın 5-ci mərtəbəsindən 25-30 yaşlarında qadın özünü atıb

Oxumağa dəyər:   Gəncədə təhsil işçisi itkin düşüb

Gəncə: 1952-ci ildə Kəlbəcər rayonunda anadan olan Ziyad İbrahimov evin tövləsində kəndirlə özünü asıb.

Quba: 1990-cı il təvəllüdlü E.N qolunun damarlarını kəsib. Amma onun canını xilas etmək mümkün olub.

Saatlı: Mollavaizli kəndində 1971-ci il təvəllüdlü Ələkbərov Pərviz özünü asıb. Vaxtında bundan xəbər tutan yaxınları ipi boğazından açaraq, onu xilas ediblər.

 

İstinadlar ONA