Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı elan ediləcək.

Bunu “Report”a açıqlamasında Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agenrliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, agentlik hərracda iştirak etmək istəyən müxtəlif şirkətlərdən müraciətləri qəbul edir.

İstinadlar Report