“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibindəki “Buta Airways” aviaşirkətinin saytının fəalliyəti hazırda dayanıb.

Onlarla istifadəçi günorta saatlarından etibarən sayta daxil ola və nəticədə bilet bilmədiklərini söyləyib.

Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski saytımıza açıqlamasında bildirib ki, texniki problem saytın serveri ilə bağlıdır:

“Hazırda texniki əməkdaşlar problemin aradan qaldırılması və saytına yenidən fəaliyyətə başlaması üçün çalışırlar. Nə zaman həll olacağı dəqiq bilinmir”.

Qeyd edək ki, bu gün Azərbaycanda internet və hostinq xidmətləri göstərən “Alfanet” şirkətinin fəaliyyətində də fasilə yaranıb.

İstinadlar Qafqazinfo