
Ədliyyə Nazirliyi Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyini dövlət qeydiyyatına alıb.
Məlumata görə, bununla bağlı Ədliyyə Nazirliyi Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməni, eləcə də dövlət reysterindən çıxarışı təqdim edib.
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi dövlət qeydiyyatından keçməklə sahə işçilərini təmsil etmək hüququ qazanır, təşkilati-hüquqi formasından asılı olmayaraq aqrar sahədə dövlət və ya özəl müəssisələrdə fəaliyyət göstərən həmkarlar təşkilatlarını özündə birləşdirir.