Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 4 116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verib.
Bu barədə Fonddan bildirilib.
Məlumata görə, layihələrdən 3-ü işğaldan azad edilmiş ərazilərdə icra olunur. Həmin layihələrə 8,1 milyon manat güzəştli kredit verilib.
Bundan başqa, hesabat dövründə qurum 5 “yaşıl layihə” üzrə ümumilikdə 1,8 milyon manat güzəştli kredit verib.