Sabirabadda qadın əri tərəfindən qətlə yetirilib.

Rayonun Qəzli kənd sakini 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızı həyat yoldaşı 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu ilə aralarında yaranan mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb.

M.Eyyubova yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli