Bu ilin yanvar-may aylarında Azərbaycanda 5 230 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Bunu qurumun Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə bildirib.

Onun sözlərinə görə, bunun 4 673-ü yerli investisiyalı MMC-lərdir.

“Kommersiya qurumlarının 79,8 %-i elektron qaydada qeydiyyatdan keçib, yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 89,3 % təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 756 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 14,5 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 16,2 % təşkil edib”, – deyə vergi rəsmisi qeyd edib.

İstinadlar Report