Azərbaycanda bu gün koronavirus infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 10179 test olub, 10 nəfər COVID-19-dan vəfat edib.