Hazırda Azərbaycanda evdə müalicə olunan 30 min 787 koronavirus xəstəsi var.

Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan virtual mətbuat konfransında bildirib.

O qeyd edib ki, onlardan 2 min 691 nəfər xəstəliyi yeni aşkarlanan şəxslərdir.

“Bakı şəhərində 87 ambulator məntəqədən ibarət 41 “COVID-19″ məntəqəsi var. Həmçinin 814 çağrı mərkəzimiz fəaliyyət göstərir”, – deyə N. Mürsəlova qeyd edib.