AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • “Moody’s”: Bolqarıstan Azərbaycandan alternativ təbii qaz nəqlini effektiv şəkildə gücləndirib
  • Çin XİN ABŞ-ın ona məxsus hava şarını vurmasına etiraz edib
  • Bakıda avtomobillər toqquşub, ana və qızı xəsarət alıb
  • Zelenski Yanukoviç dövrünün beş sabiq məmurunun vətəndaşlığını ləğv edib
  • Cənubi Koreya sahillərində balıqçı gəmisi çevrilib, 9 nəfər itkin düşüb
  • Britaniya fevralda “Vaqner”i terror təşkilatı kimi tanıya bilər
  • Çində iki ayda 80 min insan COVID-19-dan ölüb
  • İstanbulda İŞİD-in 15 tərəfdarı saxlanılıb
  • Çilidə meşə yanğınları zamanı onlarla insan həlak olub, yüzlərlə xəsarət alan var
  • Aİ Rusiyanın neft məhsullarına embarqo və G7 ilə birlikdə qiymət limitləri qoyub
  • Britaniya fevralda “Vaqner”i terror təşkilatı kimi tanıya bilər
  • İstanbulda İŞİD-in 15 tərəfdarı saxlanılıb
  • Aİ Rusiyanın neft məhsullarına embarqo və G7 ilə birlikdə qiymət limitləri qoyub
  • Ermənistanın müdafiə nazirinin sabiq müavini müharibədə məhv edilən əsgərin anasını aldadıb
  • Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO
  • ABŞ Çinin hava şarını vurub
  • Azərbaycan rusiyalı turistlərin fevralda səfər edəcəyi ilk üçlükdə yer alıb
  • Çavuşoğlu: “Azərbaycan və Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik”
  • ABŞ-də kosmik müharibə başlayır
  • Azərbaycan cüdoçusu Fransada finalda fransızı məğlub edərək qızıl qazandı
  • Ukrayna energetika nazirinin müavini “Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır”
  • Çavuşoğlu: “Terror təşkilatları İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür”
  • Xankəndi-Laçın yolunda aksiya yüksək əhval-ruhiyyə ilə davam edir: etirazçıların tələbləri dəyişməzdir 
  • “Türkiyə Türk dünyasının birləşməsi üçün ən önəmli addım atan ölkədir”
  • Şəhzadə atası ilə olan uşaqlıq fotosunu paylaşdı
  • Şəmkirdə qadın qətlə yetirilib, qardaşı saxlanılıb
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Azərbaycanda 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını talayan şəxs saxlanılıb – VİDEO
30/11/2022 09:20
Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO
05/02/2023 01:08
Ötən ay Sabunçuda narkotikə görə 49 nəfər saxlanılıb – VİDEO
04/02/2023 12:08
Şadlıq sarayları qiymətləri artırdı – Video
03/02/2023 20:32
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO
03/02/2023 15:02
Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video
03/02/2023 12:23
Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO
03/02/2023 10:29
Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO
02/02/2023 19:41
Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video
02/02/2023 15:08
Bakıda “Kalaşnikov” gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO
02/02/2023 11:35
“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO
02/02/2023 11:08
Xətaidə marketdən oğurluq edən şəxs saxlanılıb – VİDEO
02/02/2023 10:38
“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video
02/02/2023 09:35
“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video
01/02/2023 19:03
Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO
01/02/2023 10:50
Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO
31/01/2023 13:34
“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video
31/01/2023 10:41

Video xəbərlər

  • Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO
  • Ötən ay Sabunçuda narkotikə görə 49 nəfər saxlanılıb – VİDEO
  • Şadlıq sarayları qiymətləri artırdı – Video
  • Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO
  • Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

05/02/2023
07:59 “Moody’s”: Bolqarıstan Azərbaycandan alternativ təbii qaz nəqlini effektiv şəkildə gücləndirib
07:15 Çin XİN ABŞ-ın ona məxsus hava şarını vurmasına etiraz edib
07:13 Bakıda avtomobillər toqquşub, ana və qızı xəsarət alıb
07:10 Zelenski Yanukoviç dövrünün beş sabiq məmurunun vətəndaşlığını ləğv edib
07:08 Cənubi Koreya sahillərində balıqçı gəmisi çevrilib, 9 nəfər itkin düşüb
04:29 Britaniya fevralda “Vaqner”i terror təşkilatı kimi tanıya bilər
04:17 Çində iki ayda 80 min insan COVID-19-dan ölüb
03:41 İstanbulda İŞİD-in 15 tərəfdarı saxlanılıb
03:08 Çilidə meşə yanğınları zamanı onlarla insan həlak olub, yüzlərlə xəsarət alan var
03:02 Aİ Rusiyanın neft məhsullarına embarqo və G7 ilə birlikdə qiymət limitləri qoyub
02:20 Ermənistanın müdafiə nazirinin sabiq müavini müharibədə məhv edilən əsgərin anasını aldadıb
01:08 Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO
00:27 Milli Məclis üzvləri Türkiyə səfirliyində TBMM-in deputatları ilə görüşüblər
00:14 ABŞ Çinin hava şarını vurub
00:00 Fotoqraf-jurnalistin saxlanılması ilə bağlı rəsmi açıqlama
04/02/2023
23:58 Neftçalada yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb
23:55 Azərbaycan rusiyalı turistlərin fevralda səfər edəcəyi ilk üçlükdə yer alıb
23:53 Çavuşoğlu: “Azərbaycan və Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik”
23:20 ABŞ-də kosmik müharibə başlayır
22:32 Türkiyədə avtobus dərəyə aşdı, 30 nəfər yaralandı
22:08 Türkiyədə sərnişin avtobusu aşıb, onlarla insan yaralanıb
21:59 Qubada avtomobil maneəyə çırpılıb, ölən var
21:50 Azərbaycan cüdoçusu Fransada finalda fransızı məğlub edərək qızıl qazandı
21:47 Qusarda 94 yaşlı qadın özünü asaraq intihar edib
21:32 Ötən ildən axtarılan şəxsin meyiti çaydan tapıldı – Fotolar
20:29 Ukrayna energetika nazirinin müavini “Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır”
20:14 Çavuşoğlu: “Terror təşkilatları İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür”
20:02 Xankəndi-Laçın yolunda aksiya yüksək əhval-ruhiyyə ilə davam edir: etirazçıların tələbləri dəyişməzdir 
19:23 Serbiyalı nazir: “2024-cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik”
19:02 “Türkiyə Türk dünyasının birləşməsi üçün ən önəmli addım atan ölkədir”
18:41 Şəhzadə atası ilə olan uşaqlıq fotosunu paylaşdı
18:26 Şəmkirdə qadın qətlə yetirilib, qardaşı saxlanılıb
18:12 ANAMA: “Füzulidə ehtimal edilən kütləvi məzarlıqda minalar var”
17:44 Mingəçevirdə həkim vəfat etdi
17:42 Beynəlxalq səyahətçilər Füzulidə minatəmizləmə əməliyyatlarını izləyiblər
17:31 Bakıda yol qəzasında polis xəsarət alıb
17:29 Beynəlxalq səyahətçilər Şuşanın inzibati binasında olublar
17:23 Qərbi Azərbaycan İcmasında Türkiyə parlamentinin deputatları ilə görüş keçirilib
17:17 Kürdə batan şəxs 44 gün sonra tapıldı – Fotolar
17:13 Bu qidalar bədəndəki şişkinliyi aradan qaldırır
17:11 Yunus Kılıç İranı qınayıb: “Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib”
17:08 İsmayıllıda son bir ayda vətəndaşlardan götürülən silahların sayı açıqlanıb
17:01 Şamil Ayrım: “Türkiyə ekofəalların Laçın yolundakı aksiyalarını dəstəkləyir”
16:59 Vaksinasiya ilə bağlı son vəziyyət
16:56 Yoluxanların sayı açıqlandı
16:32 Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub
16:17 Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub, xəsarət alan var
16:11 Britaniyadan olan səyahətçi: “Azıx mağarası heyrətamiz tarixə malik bir yerdir”
16:07 “Mən onlardan pul almamışam”
16:05 Bakıda qadın sərnişinə intim təklif edən taksi sürücüsü 150₼ cərimələndi
15:50 Kürdə batan şəxsin meyiti tapılıb 
15:23 Britaniyalı səyyah: “Azad edilmiş ərazilərə həyat qayıdır və bu sevindiricidir”
15:08 Radioelektron vasitələrin icazəsiz quraşdırılmasına görə cərimələr müəyyən edilib
15:02 Prezident bu Sazişi təsdiq etdi
14:53 Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
14:44 Anatoliy Rafailov “Şöhrət” ordeni ilə təltif edildi
14:36 Beynəlxalq səyahətçilər Cıdır düzündə olublar
14:31 Ekspert: “Azərbaycanın İrandakı səfirliyinə hücum həyəcan siqnalıdır”
14:29 Beynəlxalq səyahətçilər Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər
14:20 Abşeronda narkotikə görə 2 nəfər saxlanılıb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Azərbaycanda 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını talayan şəxs saxlanılıb – VİDEO

Hadisə 30/11/2022 09:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanda 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını talayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Saxlanılan şəxsin terminallardan si təhlükəsizlik kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində son bir neçə ay ərzində 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını sındırmaqla orada olan maddi vəsaitləri oğurlayan əvvəllər məhkum olunmuş Qəzənfər Babayev tutularaq istintaqa təqdim edilib.

Aparılan araşdırmalar zamanı onun paytaxtın Binəqədi, Pirallahı rayonları ilə yanaşı, Abşeron rayonu, Sumqayıt şəhəri, həmçinin Tovuz və İsmayıllı rayonlarında müxtəlif şəxslərə məxsus mağazalarda quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Qəzənfər Babayevin təkcə Abşeron rayonunun Saray, Masazır, Qobu, Digah və Mehdiabad qəsəbələrində yerləşən 12 mağazada quraşdırılan terminallardan oğurluq etdiyi müəyyən edilib. Qəzənfər Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO

Multimedia 05/02/2023 01:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın işğaldan azad etdiyi ərazilərini bərpa etməsi Ukrayna üçün təcrübədir.

Bu fikir Ukraynanın “5 kanal”nın hazırladığı süjetin ana xəttini təşkil edib.

Qeyd edilir ki, Qarabağ müharibəsinin başa çatmasından iki il keçir. 44 gün davam edən döyüşlərdə hər iki tərəfdən 8 mindən çox hərbçi həlak olub. Azərbaycan 30 ilə yaxındır ki, gözlədiyi qələbəni bayram edib: “Azərbaycanlılar tarixi ədaləti necə bərpa edə bildilər və Ukrayna bundan hansı təcrübə əldə edə bilər? Qarabağın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə və tikinti işləri davam edir.

Artıq iki ildir ki, Azərbaycan geri qaytardığı Qarabağı bərpa edir. Bu yer nəhəng tikinti meydanına çevrilib. Yollar çəkilir, asfalt salınır, köhnə məscidlər bərpa olunur, körpülər inşa edilir. İki il əvvəl bu yerdə buldozerlər işləyirdi və ərazini uçuş-enmə zolaqları üçün təmizləyirdilər. İndi burada hava limanı var.

Bakı geri qaytarılan əraziləri qanlı keçmişin abidəsinə çevirmir, burada gələcəyi yaradır. İşğaldan azad edilmiş ərazilərdə əsl tikinti bumu var. Ancaq tikintiyə başlamaq üçün bu ərazini təmizləmək lazım idi və bu minalarla və partlamamış mərmilərlə dolu minlərlə hektar ərazidir”.

Oxumağa dəyər:   Azərbaycan nefti cüzi ucuzlaşıb

Süjetdə qeyd olunur ki, təkcə Ağdam rayonunda 68 min hektardan çox ərazi azad edilib. Onlardan bu günə qədər təxminən 17 min hektar ərazi minalardan təmizlənib:

“Yəni ikiillik gündəlik iş prosesində istehkamçılar Ağdam rayonunun yalnız dörddə birini minalardan təmizləyə biliblər. Bu prosesdə təkcə dövlət təşkilatları deyil, özəl qurumlar da iştirak edir.

İtlər və avadanlıqlardan istifadə olunur. Azərbaycanlılar sadəcə olaraq yüzlərlə hektar “ölümcül” torpaqları şumlayırlar.

“Kabus şəhəri” və ya “Qafqazın Xirosiması” – azərbaycanlılar 27 illik işğal başa çatdıqdan sonra Ağdam şəhərini belə adlandırırlar. Qarabağ müharibəsi zamanı Ağdam Azərbaycan qoşunlarının forpostlarından biri olub. Şiddətli döyüşlərdən sonra şəhər “Qrad” raketləri tərəfindən mühasirəyə alınaraq dağıdıldı”.

Qeyd edilir ki, indi Rusiya da Ukraynada eyni taktikadan istifadə edir: “Əgər şəhəri ala bilmirsə, sadəcə ağır mərmilərlə onu yer üzündən silir.

İşğal olunmuş ərazilər qaytarıldıqdan sonra azərbaycanlılar kütləvi məzarlıqları aşkarlamağa başlayıblar.

Oxumağa dəyər:   ABŞ-də kosmik müharibə başlayır

Füzuli şəhəri də Ağdam kimi xarabalıqdadır. Lakin bu şəhər bombalanmadı, sadəcə binalar söküldü. Ukrayna da eyni qarətlə üzləşdi, Rusiya hərbçiləri dinc ukraynalıların evlərindən hətta tualet çanaqlarını oğurladılar.

İndi uzun illər işğaldan sonra burada həyatı bərpa etmək üçün titanik səylər göstərilməlidir. Bəzən qayaların arasından bir yol kəsmək, əhatə dairəsində gördüyünüz cığır etməkdən daha asandır. Biz ukraynalılar isə bunu öz təcrübəmizdən başa düşürük”.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən ay Sabunçuda narkotikə görə 49 nəfər saxlanılıb – VİDEO

Hadisə 04/02/2023 12:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu rayonunda bu ilin yanvar ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa, Zabrat, Ramana qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.

Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb. Saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şadlıq sarayları qiymətləri artırdı – Video

Multimedia 03/02/2023 20:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şadlıq sarayları menyuların qiymətini artırıb. Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox bahalaşıb.

Bunu elə restoran inzibatçıları da təsdiqləyir.

Məlumata görə, hazırda 40 manata kimi menyularda qiymətlər 30 faizə qədər artıb.

İnzibatçıların sözlərinə görə, artımların səbəbi şadlıq evlərindəki gəlirlə xərcin tərs mütənasib olmasıdır.

Bununla yanaşı, dəyəri 40-80 manat olan menyuların qiyməti də 20 faizdən çox yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 17 faiz civarında artım qeydə alınıb.

Qeyd edək ki, qiymətlərin daha da artmaması üçün restoranlar çəkiliş və musiqi heyətini bəzən menyudan çıxarırlar.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO

Hadisə 03/02/2023 15:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşlar – Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan 6 qrama yaxın marixuana aşkar edilib. İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs – Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib. Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.

Oxumağa dəyər:   İran-Azərbaycan sərhədində insident - 2 şəxs saxlanıldı

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

Qeyd edək ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video

Multimedia 03/02/2023 12:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünə 280 000 dollara malikanə alıb.

Bu barədə məlumatı “Civilnet-am” yayıb. 

Məlumata görə, Ararat Mirzoyan və həyat yoldaşı Qoar Abacyan malikanəni ötən ilin dekabrında Kotayk vilayətinin Kasax kəndində əldə edib. 

XİN rəhbərinin sözügedən məbləğə malikanə alması Ermənistanda ictimaiyyət arasında birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Onun vəzifədə olduğu illərdə öz sərvətini artırdığı iddia olunur. 

Qeyd edək ki, Ararat Mirzoyan 2018-ci ildə Baş nazirin birinci müavini təyin edilib. 2019-2021-ci illərdə isə Ermənistan parlamentinin sədri vəzifəsində olub və 2021-ci ilin avqustunda XİN rəhbəri vəzifəsinə gətirilib.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO

Hadisə 03/02/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 10 ədəd 100 mm-lik minaatan mərmisinin, 2 ədəd 100mm-lik tank mərmisinin, 10 ədəd RPQ-7 mərmisinin hissələri və bəzi mərmi qirintıları olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO

Multimedia 02/02/2023 19:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ermənistan Rusiyanın KTMT missiyası yerləşdirmək təklifinə imtina ilə cavab verərək Azərbaycanla şərti sərhəddə yerləşdirilən Avropa İttifaqının müvəqqəti missiyasının tərkibini və mümkün əhatə dairəsini artırmaq məqsədilə yardım üçün Avropaya üz tutdu”.

Bunu “Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının yerləşdirilməsinin mümkün planı ilə bağlı bəyanatını “Baku TV”yə şərh edərkən deyib.

“Lavrov göstərmək istəyir ki, Rusiya həm müttəfiqlik münasibətlərində, həm də KTMT çərçivəsində Ermənistanın müdafiəsinə sadiq qalır. Amma burada məsələ artıq Ermənistan və onun razılığı ilə bağlı deyil, hər şey Aİ-nin razılığı ilə olacaq”, – agentliyin direktoru bildirib.

O, vurğulayıb ki, Lavrovun KTMT missiyasının Ermənistan-Azərbaycan şərti sərhədində yerləşdirilməsi təklifi reallaşmaq imkanını itirib.

“Çünki Aİ Rusiya müşahidəçilərinin və ya tərkibi böyük çoxluqla elə Rusiyanın özündən olacaq KTMT missiyasının yaxınlıqda olmasına imkan verməyəcək. Belə ki, hər şərti 50 müşahidəçiyə KTMT üzvü olan digər ölkələrdən maksimum 1-2 nümayəndə düşəcək. Rusiyanın Qərblə mürəkkəb münasibətlərini nəzərə alsaq, Lavrovun təklifinin reallaşması mümkün deyil”, – Fuad Hüseynəliyev qeyd edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video

Multimedia 02/02/2023 15:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Bir vətəndaşa məxsus donuzçuluq təsərrüfatının su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə təmin olunduğu bəlli olub.

 Təsərrüfat sahibi texniki şərt almadan və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadan sudan bolluca istifadə edir. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən və kafe kimi fəaliyyət göstərən 2 obyektin də su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Obyektlərin sahibləri yaxınlıqda yerləşən binanın zirzəmisindən su götürürmüş.

Nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb. Belə ki, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su xəttindən bir neçə yaşayış evinə qeyri-qanuni su xətti çəkiblər.

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Oxumağa dəyər:   Azərbaycanda rəsmi qəzetdə Paşinyanla Xameneinin karikaturası yayımlandı - Foto





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Kalaşnikov” gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO

Hadisə 02/02/2023 11:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib.

Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını deyib.

Faktla bağlı 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

Hadisə 02/02/2023 11:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Bakıxanov küçəsi, 66 ünvanında yerləşən “Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə istismar olunması barədə vətəndaş tərəfindən müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Şərur” MTK qarşısında məsələ qaldırılıb.

Həmçinin müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MTK-nın rəhbərliyinə izah olunub

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xətaidə marketdən oğurluq edən şəxs saxlanılıb – VİDEO

Hadisə 02/02/2023 10:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtın Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub. Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb.

Oxumağa dəyər:   İndiyədək Ukraynada Rusiyanın 130 mindən çox hərbçisi məhv ediilib

Saxlanılan şəxsin Xətai və paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdiriıir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video

Multimedia 02/02/2023 09:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azəriqaz”ın bölgələrdə həyata keçirilən qazlaşdırılma işlərinin yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir. 

Bu məqsədlə qurumun baş direktorunun müavini Ceyhun Şıxəliyev ilk olaraq Göygöl rayonunun Quşqara kəndində olub. 

Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Daha sonra ərazidə çalışan bir qrup Birlik əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif olunub.

Quşqara kəndindən sonra növbəti səfər rayonun ucqar ərazidə yerləşən Gəncəkənd kəndinə olub. 

Qazlaşdırılma prosesinin böyük bir qisminin icra olunduğu və qısa müddət ərzində işlərin yekunlaşacağı ilə bağlı məlumat verilib. İşlərlə tanışlıqdan sonra qurum rəsmisi bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video

Multimedia 01/02/2023 19:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Məlum olduğu kimi, fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi nümayiş olunacaq. Tamaşa Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanır.

“Qafqazinfo” sözügedən tamaşanın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı məşqlərində iştirak edib, yaradıcı heyətlə söhbətləşib.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov bildirib ki, Mərkəz “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin irsinin təbliği istiqamətində bir sıra çoxşaxəli layihələr planlaşdırır: “Ən əsas layihələrdən biri də “Heydər Əliyev və milli teatr sənəti” layihəsidir. Bu layihə çərçivəsində ulu öndər, ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi və böyük maraqla izlədiyi tamaşaların nümayişi nəzərdə tutulur. Heydər Əliyev hər zaman müsahibələrində “Ölülər” tamaşası ilə bağlı fikirlərini bildirib, pyesin bənzərsiz, tarixi, həddindən artıq fəlsəfi əsər olduğunu qeyd edib”.

Oxumağa dəyər:   Çin XİN ABŞ-ın ona məxsus hava şarını vurmasına etiraz edib

Tamaşanın rejissoru Xalq artisti Azər Paşa Nemətov deyib ki, hazırda tamaşanın Heydər Əliyev Mərkəzinin səhnəsinə uyğunlaşdırılması prosesi aparılır: “O səhnə bizimkindən daha genişdir, daha böyükdür. Səhnələr fərqli olduğuna görə yeni dekorasiyalar hazırlayırıq.

Nemətov əlavə edib ki, Heydər Əliyev Mərkəzində nümayiş olunacaq tamaşanın finalı başqa cür olacaq: “Tamaşaçı ilk dəfə yeni final görəcək. Mənə elə gəlir ki, o da çox maraqlı olacaq. Şəxsən mənim üçün çox maraqlıdır. Bu final yalnız Heydər Əliyev Mərkəzində olacaq. Bilirəm ki, tamaşaçılar səhnə əsərindən həzz alacaqlar”.

“Ölülər” tamaşasında əsas obrazlardan biri “Şeyx Nəsrullah”ın ifaçısı Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, Heydər Əliyev Mərkəzi çox gözəl təşəbbüs irəli sürüb: “Bizim üçün çox xoş oldu ki, Heydər Əliyev Mərkəzi məhz ulu öndərimizin sevdiyi tamaşanın həmin Mərkəzdə nümayişini təşkil edir. Çalışcağıq ki, fevralın 24-də teatrımızı Heydər Əliyev Mərkəzində layiqli şəkildə təmsil edək. Bütün tamaşaçılarımızı Heydər Əliyev Mərkəzinə dəvət edirik”.

Oxumağa dəyər:   İran-Azərbaycan sərhədində insident - 2 şəxs saxlanıldı

“Ölülər”in “Kefli İsgəndər”i Əməkdar artist Anar Heybətovun sözlərinə görə, məşq prosesi artıq yekunlaşıb: “Bu gün Dram Teatrında sonuncu məşqimiz idi. Qənaətbəxş oldu. Səhnələrin ölçüləri fərqli olduğundan bəzi düzəlişlər etmişik. Tam hazır vəziyyətdədir. İnşallah fevralın 24-də Heydər Əliyev Mərkəzində bu tamaşanı göstərəcəyik”.

Tamaşada “Şeyx Əhməd” obrazına həyat verən Əməkdar artist Aslan Şirin “Ölülər” tamaşasının Heydər Əliyev Mərkəzində səhnəyə qoyulmasını böyük mədəniyyət hadisəsi adlandırıb: “Həm də çox sevindirici haldır ki, bu tamaşanın nümayişi ulu öndərimizin 100 illik yubileyinə təsadüf edir. Teatrımızda da gözəl ab-hava yaranıb, gözəl məşq prosesi gedir. Baş rollardan birinin mənə həvalə edilməsindən çox xoşbəxtəm. Heydər Əliyev Mərkəzində səhnəyə çıxacağım üçün həyəcan yaşayıram. Düşünürəm ki, fevralın 24-də biz böyük tamaşaçı kütləsi ilə qarşı-qarşıya qalacağıq, yaxşı mənada. Teatrsevərləri, ziyalıları Heydər Əliyev Mərkəzinə Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasına Akademik Milli Dram Teatrının təqdimatında baxmağa dəvət edirəm”.

Oxumağa dəyər:   Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir - VİDEO

Qeyd edək ki, ikihissəli tamaşada, həmçinin Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.

Hüseyn Məmmədsalahov

Video-fotolar: Müzəffər İsmayılov






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO

Hadisə 01/02/2023 10:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda səkiyə çırpılan avtomobil yanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılan “Toyota” markalı minik avtomobilində yanğın baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO

Hadisə 31/01/2023 13:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

9-ci Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video

Multimedia 31/01/2023 10:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində imtahanlarda tələbə və valideynlərdən rüşvət alınıb, imtahanda cavablar telefon və dəftərlərdən köçürülür”. 

Bu şikayətlə “Qafqazinfo”ya kollecin hüquqşünası Aynurə Muradova müraciət edib. Onun sözlərinə görə, bu hal dəfələrlə baş verib: “Bu görüntüləri 25 yanvar səhər saat 09:42-də çəkmişəm. Həmin an imtahan gedirdi. Mən birinci mərtəbədə olan vəziyyəti çəkə bildim. Eyni anda ikinci mərtəbədə də imtahan var idi. Görüntülərdən də göründüyü kimi, tələbələr cavablar üçün telefona baxırlar. Hüquqşünas olsam da, rəhbərlik məni imtanlara nəzarət etməyə qoymur. Direktor Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva kolleci şəxsi bizneslərinə çeviriblər. Onu da deyim ki, Teymuraz Əfəndiyev 2014-cü ildə korrupsiya ilə əlaqədar Sosial İqtisad Kollecindən işdən çıxarılıb”.

4 ildir bu kollecdə çalışdığını deyən A. Muradovanın iddiasına əsasən, bu vəziyyəti şikayət etdiyi üçün rəhbərlik onunla ədavət aparır: “Mənim ADİU-ya İqtisad universitetinə şikayətimdən bəri aylardır bəzi işçiləri öyrədib üstümə hücum edirlər. Əl atdan ərizə yığıblar ki, guya onları təhqir etmişəm”. 

Oxumağa dəyər:   Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir - VİDEO

İddialarla bağlı Qida Sənayesi Kolleci ilə əlaqə saxladıq. Kollecin direktoru Vilayət İsmayılovun sözlərinə görə, deyilənlər tamamilə böhtandır: “Yazılı imtahan çətin olduğuna görə, humanist yanaşaraq biletlər paylandıqdan sonra tələbələrə 3 dəqiqə vaxt verilir ki, yaddaşlarını bərpa etsinlər. Həmin anı çəkərək yalandan istifadə ediblər. Onun davamı da var ki, artıq imtahana başlayanda telefonlar hamısı yığışdırılıb”. 

Lamiyə Məmmədova

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 05/02/2023 01:08

Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO

Read more
Hadisə 04/02/2023 12:08

Ötən ay Sabunçuda narkotikə görə 49 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 03/02/2023 20:32

Şadlıq sarayları qiymətləri artırdı – Video

Read more
Hadisə 03/02/2023 15:02

Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO

Read more
Multimedia 03/02/2023 12:23

Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video

Read more
Hadisə 03/02/2023 10:29

Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO

Read more
Multimedia 02/02/2023 19:41

Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO

Read more
Multimedia 02/02/2023 15:08

Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video

Read more
Hadisə 02/02/2023 11:35

Bakıda “Kalaşnikov” gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO

Read more
Hadisə 02/02/2023 11:08

“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

Read more
Hadisə 02/02/2023 10:38

Xətaidə marketdən oğurluq edən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 02/02/2023 09:35

“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video

Read more
Multimedia 01/02/2023 19:03

“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video

Read more
Hadisə 01/02/2023 10:50

Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO

Read more
Hadisə 31/01/2023 13:34

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 31/01/2023 10:41

“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video

Read more
Xəbər 31/01/2023 10:07

Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir

Read more
Multimedia 31/01/2023 01:20

Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video

Read more
Multimedia 30/01/2023 21:49

18 ildir kişi kimi yaşayır… – Video

Read more
Multimedia 30/01/2023 16:21

“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video

Read more
Multimedia 30/01/2023 09:56

Amerikalı müğənni vəfat etdi – VİDEO

Read more
Multimedia 29/01/2023 22:53

Yaralılar Bakıya belə gətirildi – Video

Read more
Multimedia 29/01/2023 17:56

Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video

Read more
Multimedia 29/01/2023 17:47

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Read more
Multimedia 29/01/2023 15:04

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 29/01/2023 06:59

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Read more
Hadisə 28/01/2023 10:47

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Read more
Multimedia 28/01/2023 10:30

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Read more
Multimedia 28/01/2023 09:32

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Read more
Multimedia 27/01/2023 23:09

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Read more
Multimedia 27/01/2023 21:31

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Read more
Multimedia 27/01/2023 20:23

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Read more
Hadisə 27/01/2023 18:04

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Read more
Hadisə 27/01/2023 15:40

Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Read more
Multimedia 27/01/2023 13:47

“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

Read more
Multimedia 26/01/2023 21:20

Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla