
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 20 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.
Hərraca çıxarılan əmlaklara 69 sifariş qəbul edilib.
Rəqabətli keçən hərracda ilkin qiyməti 5 000 manat olan metal çiv 11 000 manata, start qiyməti 7 125 manat olan “QAZ-3302-18” markalı nəqliyyat vasitəsi isə 7772 manata satılıb.
Hərracda satılan əmlakların siyahısı ilə https://bit.ly/4cVEEfG linki vasitəsilə tanış olmaq mümkündür.