Neftçala rayonunun ən uzun ömürlü sakini vəfat edib.

Bu barədə rayon icra hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür.

Neftçala rayonun Beşdəli kənd sakini, 1896-cı il doğum tarixli Səmədova Sona Cəfər qızı da bu siyahıya daxil idi.

Rayonun ən uzunömürlü sakini olan Səmədova Sona bu gün dünyasını dəyişib və Neftçala rayonu, Beşdəli kənd qəbiristalığında dəfn olunub.

İstinadlar Qafqazinfo