Azərbaycana birbaşa xarici investisiyaların təşviqi ilə bağlı strategiya hazırlanır.

Bunu “Report”a açıqlamasında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.

“Həmin strategiyanın bu il qəbul edilməsini gözləyirik. Sənəddə investisiya yatırılması gözlənilən sahələr müəyyən edilib. Prezident İlham Əliyev ölkədə irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Bu layihələr çərçivəsində sənaye zonaları, sənaye parkları yaradılıb. Onlar bizə imkan yaradır ki, xarici investorları ölkəyə cəlb edək. Biz investorlara yaxşı şərait təklif edirik”, – deyə o, qeyd edib.

İstinadlar Report