“Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm”.

Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

“Hər dəfə soruşurlar ki, Türkiyə “F-16″ları burada nə gəzir? Bu suala cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin baxın. “F-16″lar təlimə gəlib və yerdədir.

Əgər bizə qarşı kənardan təzyiq olarsa, onda “F-16″ları görəcəksiz”, -deyə dövlət başçısı bildirib.