Gürcüstan və Rusiya aktrisası Nino Ninidze “Moskva-Baku” nəşrinin suallarını cavablandırıb.Müsahibə zamanı o, Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Qardaşdan yaxşısı olmayıb” (“İ ne bılo luçşe brata”) hekayəsi əsasında çəkilən eyniadlı filmdə azərbaycanlı qızı canlandırmasından da söz açıb.

Ninidze jurnalistin “Bu rol sizə nə dərəcədə yaxındır?” sualına belə cavab verib:

“Biz “Qardaşdan yaxşısı olmayıb” filmini 2009-cu ildə Bakıda çəkirdik. Mən Azərbaycanda iki aya yaxın qaldım. Əvvəlcə Bakıda, daha sonra Şəkidə. Mən bu ölkəyə vuruldum! Çox isti, qonaqpərvər xalqdır. Mənə, bir gürcü kimi, Azərbaycan mədəniyyəti xüsusilə yaxındır. Biz Qız qalasının yaxınlığında yaşayırdıq və mən tez-tez İçərişəhərdə gəzirdim. Bilirəm, Bakı indi çox dəyişib, onu tanımaq mümkün olmaz. Mən çəkilişdə olanda, sahilyanı hissəni hələ yenicə düzəltməyə başlamışdılar. Mən, əlbəttə ki, Şəkiyə heyranam! Orada inanılmaz Şəki xan sarayı var. Azərbaycana qayıtmağı çox istəyirəm, görüm Bakı necə dəyişib!”

Oxumağa dəyər:   Koronavirusla bağlı son rəqəmlər - Video

Qeyd edək ki, Nino Ninidze məşhur Gürcüstan və Rusiya aktrisası İya Ninidzenin qızıdır.