Ötən ay Azərbaycana Rusiyadan 25 min 499, Türkiyədən 21 min 139, İrandan 10 min 650, Gürcüstandan 5967, BƏƏ-dən isə 1609 əcnəbi gəlib.

Bu barədə Dövlət Turizm Agentliyinin statistik məlumatında deyilir.

Avqustda ölkəyə gələn turistlərin ümumi sayı 77 min 119 təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 145% çoxdur.  Belə ki, 2020-ci ilin avqustunda ölkəyə 31 min 434 turist gəlmişdi.

İstinadlar Qafqazinfo