Azərbaycana nə qədər turist gəlib?

2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 mln-a çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 mln xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. 

verilən məlumata görə, gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub. 

Qeyd etmək lazımdır ki, bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib. 
Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb. Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur – artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% və 50.2% olub. 

Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım).  
Səudiyyə Ərəbistandan gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.

Oxumağa dəyər:   ABŞ Nigeriya vətəndaşları üçün viza məhdudiyyəti tətbiq edir

2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17.2% təşkil edib. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.

İstinadlar Qafqazinfo

Azərbaycana nə qədər turist gəlib?

2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Dövlət Statistika Komitəsindən “Ölkə-az”a verilən xəbərə görə, gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 15,8 faizi İran, 11,6 faizi Türkiyə, 4,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Ukrayna, 1,8 faizi İraq, 14,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 29,6 faizi yanvar, 26,4 faizi fevral, 44,0 faizi isə mart ayında ölkəyə gəlib. Mart ayında ölkəmizə gələlənlərin 25,8 faizini İran vətəndaşları təşkil etmiş və onların sayı ötən ilin mart ayında gələnlərdən 4,6 faiz çox olub.
Cari ilin yanvar-mart aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 6,4 faiz azalma müşahidə edilib.
2018-ci ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,1 faiz azalaraq 18,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,7 faiz artaraq 204,4 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,3 faizi dəmir yolu və avtomobil, 35,9 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.