İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan etiraf edib.

O, bunu Ermənistanın üçüncü prezident Serj Sarkisyanın Azərbaycanla müharibənin 3-4-cü günündə nə üçün “İskəndər” raketindən istifadə edilməməsi ilə bağlı ittihamına cavab verərkən deyib.

“1in-am” saytına müsahibə verən Paşinyan etiraf edib ki, müharibədə əslində “İskəndər”dən istifadə olunub, amma raket partlamayıb:

“Bu ittiham yəqin ki, mənə ünvanlanıb. Ancaq düşünürəm ki, cavabını bildikləri sualları verməməlidirlər. Buyurub, cavab versinlər, atılan “İskəndər” niyə partlamadı, yaxud 10%-i partladı? Bəlkə o raket 80-ci illərin silahı idi?”, – deyə Paşinyan qeyd edib.