Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idmançıları  beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil edirlər.

05 – 06 sentyabr 2019-cu il tarixlərində İran İslam Respublikasının Məşhəd şəhərində karate üzrə yeniyetmələr və gənclər arasında keçirilən beynəlxalq turnirdə məşqçi Zöhrab Səfərovun rəhbərlik etdiyi “Sərhədçi” komandası ümumilikdə 12 medal qazanaraq komanda hesabında ikinci yerə çıxmışdır. Komandanın heyətində müxtəlif çəki dərəcələrində karatenin kumite növü üzrə komanda yarışlarında Namiq Qasımzadə, Famil Quliyev, Qələndər və Cəlal Miriyevlər qızıl, şəxsi kata yarışlarında Sənan Hüseynzadə qızıl, Qələndər Miriyev gümüş, Cəlal Miriyev bürünc, şəxsi kumite yarışlarında Sənan Hüseynzadə gümüş, kata üzrə komanda yarışlarında Namiq Qasımzadə, Famil Quliyev, Cəlal Miriyev və Sənan Hüseynzadə bürünc medallar qazanmışlar.

Eyni zamanda sentyabr ayının 12-də London şəhərində üzgüçülük üzrə paraolimpiyaçıların dünya çempionatında “Sərhədçi” İOM-nin məşqçisi Rəşad Əliyevin yetirməsi Vəli İsrafilov üzgüçülüyün brass növündə 100 metr məsafəyə yarışda yüksək nəticə göstərərək üçüncü yeri tutmuşdur.

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin idmançılarını təbrik edir, gələcək yarışlarda  da bu cür möhtəşəm qələbələr və yüksək nəticələr arzulayırıq.