
Azərbaycan və Yeni Zelandiya arasında vergi inzibatçılığı sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Məlumata görə, qurumun rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Yeni Zelandiyanın Daxili Gəlirlər İdarəsinin komissarı və baş icraçı direktoru Piter Mersi ilə onlayn formatda görüş keçirib.
Görüşdə IOTA və təşkilatın gördüyü tədbirlər barədə məlumat verilib, Yeni Zelandiyanın adıçəkilən qurumla əməkdaşlıq perspektivləri müzakirə edilib. Daha sonra vergi orqanlarının qarşısında duran çağırışlar və yeniliklər, birgə fəaliyyətin prioritet istiqamətləri, qarşılıqlı əlaqələrin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər iki ölkə arasında vergi inzibatçılığı sahəsində əməkdaşlıq perspektivləri və mövcud potensialın reallaşdırılması barədə fikirlərini bölüşüblər.