Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyard 338 milyon 620,78 min kubmetr həcmində təbii qaz ixrac edib.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 870 milyon 82,68 min ABŞ dolları təşkil edib.

İxrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk ayı ilə müqayisədə 21,05 %, dəyəri isə 17,6 % çoxdur.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 28,64 % olub.

İstinadlar Report