
“Zəlzələ zamanı sənədləri itmiş və ya yararsız vəziyyətə düşmüş vətəndaşlarımız üçün sənədləşdirmə işləri Türkiyədəki Səfirlik və Baş konsulluqlarımız tərəfindən sadələşdirilmiş qaydada həyata keçirilir”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 24 saat fəaliyyət göstərən və əməkdaşlar tərəfindən cavablandırılan qaynar xətlərə daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır.