Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzası ilə əlaqədar başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

“Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, – paylaşımda bildirilir.

 

İstinadlar Qafqazinfo