Azərbaycan Xarici İşlər Nazirliyi Mexikoda metro körpüsünün aşması nəticəsində 23 nəfərin ölümünə səbəb olan faciəvi hadisə ilə əlaqədar Meksika hökumətinə başsağlığı verib.

Bu barədə XİN-in tvitter hesabında paylaşım edilib.

“Mexiko şəhərində metro körpüsünün çökməsi ilə bağlı xəbərlər bizi dərindən kədərləndirdi. Faciəvi hadisə qurbanlarının ailələrinə, həmçinin Meksika hökuməti və xalqına başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”,- deyə açıqlamada qeyd olunub.

İstinadlar Qafqazinfo