
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib.
Bu barədə XİN-in “X”dəki səhifəsində paylaşım edilib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost İran İslam Respublikasının müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, – XİN-in paylaşımında qeyd olunur.