Azərbaycan Xarici İşlər Nazirliyi Bosniya və Hersoqovinanı Milli Gün münasibətilə təbrik edib.

Bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

“Milli Gün münasibətilə Bosniya və Hersoqovina hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Bosniya və Hersoqovina!”, – paylaşımda bildirilib.