Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qaldığı ehtimal edilən azyaşlının çıxarılması istiqamətində işlər aparır.

Yerli sakinlər azyaşlının səsini eşitdiyini söyləyib. Daha sonra Azərbaycanın xilasediciləri axtarışlar başlayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

İstinadlar Report