
Azərbaycan vətəndaşları Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra qardaş ölkə ilə həmrəylik nümayiş etdirmək və zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə hörmət məqsədilə qardaş ölkənin Bakıdakı səfirliyinin qarşısına gül dəstələri düzüblər.
Insanlar hazırda səfirlik önünə gəlməyə davam edirlər.
Qeyd edək ki, baş verən fəlakət nəticəsində Türkiyədə bir həftə milli yas elan edilib. Bununla əlaqədar səfirliyin önündəki Türkiyə bayrağı yarıya endirilib.