
Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Xorvatiyanın Alyans yanındakı nümayəndəsi səfir Mario Nobilo ilə cari regional məsələləri (Cənubi Qafqaz – red.) müzakirə edib.
Bu barədə Azərbaycan səfiri “X”də yazıb.
“Bu gün Xorvatiyanın NATO yanında Daimi Nümayəndəliyinin rəhbəri Mario Nobilo ilə görüşdüm. Biz Sülh Naminə Tərəfdaşlıq çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətləri, həmçinin cari regional hadisələr barədə səmərəli müzakirə apardıq”,- məlumatda qeyd olunub.
I was delighted to meet today with H. E. Ambassador Mario Nobilo, Permanent Representative of Croatia to #NATO.
We had a fruitful discussion on Azerbaijan-@NATO #partnership within the framework of Partnership for Peace, #Azerbaijan-#Croatia bilateral relations, as well as the… pic.twitter.com/oRbo15mPrB
Azərbaycan24 sosial şəbəkələrdə
İstinadlar Report