Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə görüşüb.
Bu barədə Ceyhun Bayramov tviter hesabında yazıb.
Görüşdə Azərbaycan-Venesuela münasibətləri və onların perspektivlərini, çərçivəsində əməkdaşlığı müzakirə edilib.