İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,5 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard ABŞ dolları investisiya qoyub.

Bunu Bakıda keçirilən “Türk Maliyyə Sektoru Liderlər Zirvəsi”ndə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

“Hazırda Türkiyədə 2 000-ə yaxın Azərbaycan, Azərbaycanda isə 4 100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir”, – o deyib.

İstinadlar Report