Azərbaycan və Türkiyə arasında 1 ildən çoxdur ki, qüvvədə olan “Preferensial Ticarət Sazişi” genişləndirməsi təklif olunur.

Bu təklifi Azərbaycanda fəaliyyət göstərən, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Rəsad Cabirli səsləndirib.

“Bu saziş şirkətlərə böyük fayda verir. Lakin güzəştli gömrüklə bağlı digər məhsullar və biznes vahidləri ilə bağlı əlavələrin olması məqsədə uyğun olardı. Hazırda sənədin 20-yə yaxın bəndi var və əsasən qida sektorunu əhatə edir”, – deyə o, qeyd edib.

İstinadlar Report