Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov və Hulusi Akarın videoformatda görüşü keçirib.

Məlumata görə, türkiyəli nazir iki ölkənin tarixi və mədəni baxımından bir-birinə bağlı olduğunu, keçmişdə olduğu kimi bu gün də bir-birinin yanında olduğunu bildirib.

Azərbaycan ordusunun 44 günlük Qarabağ zəfərinə toxunan H.Akar “Bir millət, iki dövlət” prinsipinə Qarabağın azad olunmasında da sadiq qalındığını, bunu bütün dünyanın gördüyünü bildirib: “Türkün yumruğu erməninin başına endi. 30 ildən bəri davam edən haqsızlıq, oradakı qardaşlarımızın sıxıntıları çok şükür ki, sona çatdı. Buradaki qalibiyyət tarixə qızıl hərflərlə yazılacaq”.

İstinadlar Report