AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Ermənistanın müharibədə öldürülmüş 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
  • Əfqanıstanda partlayış zamanı bir neçə polis əməkdaşı həlak olub
  • Türkiyədə PKK terrorçularının silah-sursatı, partladıcıları ələ keçirilib
  • ABŞ-da atışma olub, ölən və yaralanan var
  • Peruda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var
  • Gilyermo Lasso Ekvadorun yeni prezidenti seçildi
  • Məktəb direktoru COVID-19-dan dünyasını dəyişdi
  • Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir
  • Moskvanın Praqaya cavabı gecikmədi
  • Ramazanın beşinci gününün imsak və iftar vaxtları – Günün duası
  • Ermənistanın müharibədə öldürülmüş 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
  • Əfqanıstanda partlayış zamanı bir neçə polis əməkdaşı həlak olub
  • Türkiyədə PKK terrorçularının silah-sursatı, partladıcıları ələ keçirilib
  • ABŞ-da atışma olub, ölən və yaralanan var
  • Peruda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var
  • Moskvanın Praqaya cavabı gecikmədi
  • Ramazanın beşinci gününün imsak və iftar vaxtları – Günün duası
  • Daha bir erməni hərbçinin meyiti Füzulidə tapıldı
  • Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı artıb
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi – Fotolar
  • Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina edib
  • Banqladeş polisi etirazçılara atəş açıb, ölən və yaralananlar var
  • Nazim İbrahimovun qardaşına cinayət işi açıldı
  • Qazaxıstanda qırıcı təyyarə qəzaya uğrayıb, pilot yaralanıb
  • Azərbaycanda bu günə yoluxma və sağalma sayı
  • Baş Prokurorluq və DİN futbolçunun qayınanasını döyən şəxslə bağlı məlumat yaydı
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başladı – Video
06/04/2021 12:32
Cəbrayılın Daş Veysəlli kəndinin görüntüləri – VİDEO
17/04/2021 14:07
Vətən müharibəsinə həsr olunmuş sənədli film beynəlxalq mükafata namizəddir – VİDEO
17/04/2021 13:37
KOBİA-dan leqal sahibkarlıq və rəsmi məşğulluğa dəstək – Video
16/04/2021 20:02
“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında – VİDEO
16/04/2021 17:52
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb – VİDEO
16/04/2021 14:02
68 kq narkotik, 16 min həb aşkar edildi – Video
16/04/2021 13:52
Türkiyədə nazirin olduğu təyyarə təcili eniş edib – VİDEO
16/04/2021 13:27
Özünü dənizə atan qadın belə xilas edildi – Video
16/04/2021 11:12
Ağdamın Bağbanlar kəndindən görüntülər – VİDEO
16/04/2021 09:49
Qarabağ zəfərinə gedən yolun Aprel şəhidləri – VİDEO
15/04/2021 17:37
Saxta şampun və kosmetik vasitələr satanlar saxlanılıb – Video
15/04/2021 14:19
“Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur – Video
15/04/2021 11:19
Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı – Video
15/04/2021 10:52
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb – VİDEO
15/04/2021 10:42
Zəngilanın Ağ oyuq qəsəbəsindən görüntülər – VİDEO
15/04/2021 10:07
Türkiyədən növbəti hərbi-texnoloji nailiyyət – Video
14/04/2021 13:42

Video xəbərlər

  • Ermənilərin Füzulidə viran qoyduqları daha bir kənddən görüntülər – VİDEO
  • Qubadlı rayonunun Tarovlu kəndindən videogörüntülər
  • Paşinyana ölən əsgərin məzarına gül qoymağa icazə vermədi – Video
  • Cəbrayılın Daş Veysəlli kəndinin görüntüləri – VİDEO
  • Vətən müharibəsinə həsr olunmuş sənədli film beynəlxalq mükafata namizəddir – VİDEO

Sorğu

Karantinin sərtləşdirilməsinə tərəfdarsınız?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

19/04/2021
10:22 Gəncədəki qəzada üç nəfər yaralandı
10:19 Seyfulla Əzimov bu həftə hesabat verəcək
10:17 Ermənilərin Füzulidə viran qoyduqları daha bir kənddən görüntülər – VİDEO
10:09 Qasım Süleymaninin “sağ əli” qəflətən öldü
10:04 Strasburqda AŞPA-nın yaz sessiyası bu gün başlayır
10:02 “SpaceX” şirkəti Aya astronavtlar göndərəcək
09:59 Donlad Tramp Cozef Baydeni dəstəkləyib
09:57 “WhatsApp”dan istifadə məhdudlaşdırılacaq
09:52 Smartfon və fərdi kompüterlər bazarı ilə bağlı proqnoz açqılanıb
09:42 “Rusiyaya qarşı qəti tədbir görülməlidir” – Makron
09:32 67 yaşlı kişinin meyiti tapıldı
09:22 Məzənnədən nə xəbər?
09:12 Bakıda bu yolda güclü tıxac var – Fotolar
08:12 Hindistanda yoluxma sayı 15 milyonu keçdi
07:07 Kolumbiyada 11 fəhlənin meyiti mədəndən bir ay sonra çıxarıldı
05:27 Nigeriyada güclü partlayışda onlarla insan ölüb
04:42 Myanmada öldürülənlərin sayı 730 nəfəri ötdü
03:37 Çexiyanın Rusiya səfirliyində beş diplomat qalacaq
01:42 Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
00:32 Xocalı polisi karantin rejimi ilə bağlı reyd keçirdi – Fotolar
18/04/2021
23:52 Texasda baş verən atışmada üç nəfər ölüb
23:17 Heydər Əliyev prospektində qəza tıxaca səbəb oldu – Fotolar
23:04 Rusiya Çexiya səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib
23:02 Ramazanın altıncı gününün duası – İmsak və iftar vaxtı
22:30 ABŞ-da növbəti atışma, ölənlər var
22:27 Türkiyəli səfirdən Sarkisyanın təxribatına cavab – Foto
20:52 Misirdə qatar qəzasında 32 nəfər ölüb
20:27 Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
19:47 Fransada təyyarə qəzası baş verib, ölənlər var
19:37 Lənkəranda qadın bacısını bıçaqladı
19:27 Bakıda ikimərtəbəli ev yandı
19:07 Azərbaycanda ər və arvad 1 gün fərqlə koronavirusun qurbanı oldular
18:57 ABŞ Rusiyanı Navalnıya görə təhdid etdi
18:27 Misirdə qatar qəzası, 100-dən çox sərnişin yaralandı
17:47 Həmid Kərzai: “Taliban” ABŞ-da 11 sentyabr terror aktında iştirak etməyib
17:12 Bu gün peyvənd olunanların sayı açıqlandı
17:07 Yoluxanların bu günə olan statistikası
16:27 Koronavirus xəstəsi ola-ola bazara gedən şəxs saxlanıldı
16:02 İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
15:50 AZƏRTAC-ın rəhbəri Aslan Aslanovun ailəsində ağır itki
14:07 Suriyada prezident seçkilərinin vaxtı məlum oldu
13:47 Eldar Quliyev dəfn olundu
12:57 Giləzidə “Qrad” mərmisi aşkarlandı – Foto
12:48 Lukaşenko və övladları belə aradan götürüləcəkdi – Detallar
12:22 Sabah hava necə olacaq?
12:19 Əfqanıstanda məscidə silahlı hücum zamanı səkkiz nəfər öldürülüb
12:17 Rusiyada son sutkada minlərlə insanda COVID-19 aşkarlandı
11:52 ABŞ İlham Əliyevin sözlərinə cavab verdi
11:42 Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı
10:52 XİN bəyanat yaydı
10:19 Qubadlı rayonunun Tarovlu kəndindən videogörüntülər
10:17 Bakıda iki nəfər tüstüdən zəhərlənib
09:52 Ağdamda daha bir nəfər minaya düşdü
09:47 Paşinyana ölən əsgərin məzarına gül qoymağa icazə vermədi – Video
09:27 Sabirabadda yanğın, xəsarət alan var
08:47 ABŞ-ın vitse-prezidentini öldürməklə hədələyən tibb bacısı saxlanılıb
07:57 Türkiyə Bosniya və Hersoqovinaya vaksin göndərdi
07:32 Ermənistanın müharibədə öldürülmüş 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
06:12 Əfqanıstanda partlayış zamanı bir neçə polis əməkdaşı həlak olub
05:07 Türkiyədə PKK terrorçularının silah-sursatı, partladıcıları ələ keçirilib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başladı – Video

Multimedia 06/04/2021 12:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident, Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Cəbrayılın Daş Veysəlli kəndinin görüntüləri – VİDEO

Multimedia 17/04/2021 14:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər yayıb.

“Report” görüntüləri təqdim edir:

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vətən müharibəsinə həsr olunmuş sənədli film beynəlxalq mükafata namizəddir – VİDEO

Multimedia 17/04/2021 13:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Vice News” xəbər kanalının Vətən müharibəsi dövründə çəkdiyi sənədli film Britaniyanın nüfuzlu “One World Media” mükafatına namizədlər siyahısına daxil edilib.

Bu barədə mükafatın rəsmi saytında məlumat yerləşdirilib.

“Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” adlanın film “İlin xəbər mükafatı” nominasiyası üzrə mükafata namizəddir.

Qeyd edək ki, filmdə hərbi əməliyyatlar zamanı ermənilərin mülki əhaliyə qarşı törətdikləri cinayətlər əks olunur.

Məlumat üçün bildirək ki, “One World Media” mükafatı dünya KİV-də əksini tapmış ən yaxşı materiallara təqdim olunur. Builki seçimlərdə 96 ölkədən olan 500-dən çox iş iştirak edib.

Mükafatın qalibləri iyunun 17-də açıqlanacaq.

Filmin tam versiyasına bu linkdən izləyə bilərsiz.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

KOBİA-dan leqal sahibkarlıq və rəsmi məşğulluğa dəstək – Video

Multimedia 16/04/2021 20:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə, o cümlədən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi davamlı və dayanıqlı iqtisadi inkişafın mühüm amilləri sırasındadır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) şəffaflıq prinsipinə əsaslanan və leqal sahibkarlıq fəaliyyətini təşviq edən layihə və təşəbbüsləri daim dəstəkləyir.

Bu yaxınlarda fəaliyyətə başlamış “Çak çuk” startap layihəsi belə təşəbbüslərdən olmaqla, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını və düzgün uçotun aparılmasını təşviq edir.

Qeyd edək ki, ev təmizliyi, usta, bərbərxana və s. kimi 9 kateqoriya üzrə 180-ə yaxın xidmətin təqdim olunduğu “Çak çuk” (https://cakcuk.az/) onlayn platforması  bu xidmətləri göstərən şəxsləri (icraçı) və bu xidmətlərə ehtiyacı olanları (müştəri) bir araya gətirir. Yalnız rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər platforma üzərindən xidmət təmin etmək üçün qeydiyyatdan keçə bilir.

Platforma üzrə ödənişlərin onlayn qaydada həyata keçirilməsi isə şəffaf mühasibatlığın aparılmasına imkan verir.

Oxumağa dəyər:   Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir

Startap layihəsinin vətəndaşlar üçün faydası ev xidmətlərinin bir platformada təqdim olunması, xidmət vaxtını və icraçını seçmək, sifariş prosesini izləmək və nəticəni qiymətləndirmək imkanı, görülən işə zəmanət verilməsidir. Ev xidmətləri göstərən iş axtaranlar üçün isə onlayn platforma davamlı olaraq iş imkanları təklif edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında – VİDEO

Multimedia 16/04/2021 17:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə  istehsal olunmuş “Sonuncu” adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.

Kinorejissor Fariz Əhmədovun “Sonuncu” sənədli filmi festivalın “Qısa və orta metraj” (Short & Mid-length) bölməsində iştirak edəcək.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı… 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Oxumağa dəyər:   Avstriyanın kansleri Baydenlə Putinə Vyanda görüşməyi təklif edib

Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. “A” kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir.

2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. “Sonuncu” filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq.

Məlumat üçün qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub. 

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb – VİDEO

Multimedia 16/04/2021 14:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən taktiki təlimlərdə müxtəlif çaplı toplardan və digər raket-artilleriya qurğularından nümunəvi döyüş atışları icra olunub. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə təyin olunan şərti hədəflər qoşunlarımızın dəqiq atəşi ilə məhv edilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldilən təlimlər davam edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

68 kq narkotik, 16 min həb aşkar edildi – Video

Multimedia 16/04/2021 13:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanda 4 nəfərdən 70 kiloqrama yaxın narkotik aşkar edilərək götürülüb.

DİN mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Orxan Səfərov saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, 103 qram metamfetamin, eləcə də,  narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik kart götürülüb.

Orxan Səfərovun paytaxt ərazisində yaşadığı evə baxış keçirən polislər oradan 29 kiloqram heroin, 5 kiloqram metamfetamin, 453 ədəd “Metadon” həbi, 2 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri aşkar edərək götürüblər. O, izahatında narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini və onunla yalnız sosial şəbəkələr vasitəsi ilə əlaqə saxladığını bildirib.

Sumqayıt şəhərində vətəndaş Tural Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı 200 qrama yaxın heroin və metamfetamin aşkar edilib. Onun Sumqayıt şəhərindəki mənzilindən  əlavə olaraq 5 kiloqram heroin, 3 kiloqram marixuana, 10 kiloqram metamfetamin, 6000 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Tramadol” və 9510 ədəd “Metadon” həbi, eləcə də, 1 ədəd elektron tərəzi aşkar edərək götürüblər.

Oxumağa dəyər:   Ərdoğan Türkiyənin 8-ci prezidenti Turqut Özalın anım mərasiminə qatılıb

Abşeron rayonunda yaşayan Afiq Əliyevin üzərindən 9 kiloqrama yaxın tiryək, 510 qram heroin və 1 kiloqram marixuana aşkar olunub.

Qeyd edək ki, bu şəxs xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi narkotik vasitələri  satış məqsədi ilə paytaxt, eləcə də ayrı-ayrı rayonların ərazisində əvvəlcədən müəyyən edilən ünvanlara yerləşdirməli imiş.

Vətəndaş Musəvi Musayevin üzərindən 4 qram heroin, təmir işləri ilə məşğul olduğu Sabunçu rayonunda yerləşən obyektdə isə gizlətdiyi 1 kiloqram 371 qram heroin, 1 kiloqram 220 qram marixuana, 22 qram metamfetamin, ümumilikdə 495 ədəd “Metadon” və “Metilin” həbləri, həmçinin,  2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bununla da Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən ümumi çəkisi 68 kiloqrama yaxın narkotik vasitə və 16 min 458 ədəd psixotrop tərkibli həblərin realizə olunmasının qarşısı alınıb.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.  Cinayət işləri üzrə zəruri istintaq  və əməliyyat tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyədə nazirin olduğu təyyarə təcili eniş edib – VİDEO

Multimedia 16/04/2021 13:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bəkir Pakdəmiri daşıyan təyyarə Malatyada təcili eniş edib.

Məlumatı “Hurriyet” yayıb.

Hava gəmisi Ankaradan Şırnaka uçurmuş.

Nazir Şırnaka Dövlət su işləri Baş İdarəsinin şöbə müdirliyinin açılış mərasimində iştirak etmək məqsədi ilə gedirmiş.

Məlumata görə, pilotlar təyyarədə nasazlıq olduğunu müəyyənləşdiriblər. Onlar təyyarədəkilərin həyatını riskə atmamaq üçün təcili eniş ediblər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Özünü dənizə atan qadın belə xilas edildi – Video

Multimedia 16/04/2021 11:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, dünən Bakı bulvarında intihara cəhd edən qadın xilas edilib.

Aprelin 15-də Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. Dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.

Ötən sutka ərzində 13 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər şəxs xilas olunub.

Özünü Xəzər dənizinə atan qadının xilas edilməsi görüntülərini təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ağdamın Bağbanlar kəndindən görüntülər – VİDEO

Multimedia 16/04/2021 09:49
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Bağbanlar kəndindən videogörüntülər yayıb.

“Report” həmin görüntüləri təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağ zəfərinə gedən yolun Aprel şəhidləri – VİDEO

Multimedia 15/04/2021 17:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri 2016-cı il aprelində erməni terrorçuları tərəfindən intensiv artilleriya atəşinə tutuldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təxribatların qarşısını almaq və erməniləri geri oturtmaq üçün əks-hücum həmlələri döyüşlərə başladı. Tarixə Aprel döyüşləri kimi yazılan 4 günlük döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.

Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Bununla da Azərbaycan Ordusunun igid, qəhrəman oğulları öz qanı və canı bahasına təkcə cinayətkar erməni rəhbərlərinin keçilməz adlandırdığı səngərləri yox, eyni zamanda bu səngərlər haqqında haqqında yaradılan mifi də alt-üst etdilər.

Belə qəhrəman oğullarımızdan biri də şəhid Dəmirli Hüseyn Zeynal oğludur.

O, 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olub. 1999-2011-ci ildə Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirib.

Oxumağa dəyər:   Tibb Universitetinin müəllimi koronavirusdan vəfat etdi

2011-ci il oktyabrın 6-da Biləsuvar rayonunun Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən “N” saylı hissədə xidmətə başlayıb. Kiçik çavuş Dəmirli Hüseyn 2016-cı ilin aprel ayının 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına şəhid olub.

Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.

Daha bir Aprel şəhidi Novruzov Fəraim Nadir oğludur. O, 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. 2000-2011-ci illərdə Səmədabad kənd tam orta məktəbində təhsil alıb.

Əsgər Fəraim Novruzov 2 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn edilib.

Oxumağa dəyər:   Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir

Ölümündən sonra Fəraim Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.

Biləsuvarlı Aprel şəhidlərindən daha biri Məmmədov Murad Vaqif oğlu, 17 aprel 1989-cu ildə Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə başlayıb.

Xidmətini başa vurduqdan sonra Murad da könüllü olaraq xidmətini Milli Orduda davam etdirib.

3 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid Murad Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.

16 yanvar 2020-ci ildə Biləsuvar rayonu Heydər Əliyev adına parkda Aprel şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə “Zəfərə aparan yol” abidə kompleksi ucaldılıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Saxta şampun və kosmetik vasitələr satanlar saxlanılıb – Video

Multimedia 15/04/2021 14:19
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keyfiyyətsiz, insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək şampun və digər kosmetik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Fuad Abdullayev saxlanılıb. Ona məxsus paytaxtın Nizami rayonunda yerləşən anbara baxış zamanı kustar üsulla qablaşdırılmış mənşəyi məlum olmayan hazır şampunlar, digər kosmetik məhsullar, külli miqdarda etiketlər, holoqramlar, qapaqlar və sair ləvazimatlar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Fuad Abdullayev şəxsiyyəti istintaqa məlum olan  hazırda xarici ölkələrdən birində gizlənən tanışı ilə cinayət əlaqəsinə girərək dəyərindən aşağı qiymətə mənşəyi məlum olmayan məhsulları qeyd edilən anbarda əvvəlcə boş qablara doldurub.

Daha sonra onlar həmin qabların üzərinə saxta “Brasil Botox-Keratin” əmtəə nişanlı etiket və holoqramlar yapışdıraraq orijinal məhsul adı ilə satışını həyata keçiriblər. Həmçinin, Fuad Abdullayev və tanışı sosial şəbəkələrdə özlərinə məxsus səhifələr yaradaraq qeyd edilən məhsulların onlayn satışını da təşkil ediblər. Həmin məhsullardan götürülən nümunələr əsasında keçirilən ekspertiza zamanı müəyyən olunub ki, aşkar edilən şampun, eləcə də, digər vasitələr keyfiyyətsiz olmaqla yanaşı, istifadəyə yarasızdır və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.

Oxumağa dəyər:   Prezidentdən ADPU ilə bağlı - Sərəncam

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 200.1-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat və  istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur – Video

Multimedia 15/04/2021 11:19
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərenerji” Respublikanın şimal-şərq rayonlarının, eləcə də Abşeron yarımadasının enerji təchizatında mühüm əhəmiyyət kəsb edən, Rusiya və Azərbaycan enerjisistemləri arasında yük mübadiləsini həyata keçirən, strateji əhəmiyyətli 330, 220, 110 kilovoltluq “Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur.

Enerjisistem üçün mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurub.

 Bu səbəbdən də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılır, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir, məsafdən idarəolunan müasir SCADA dispetçer sistemi yaradılır. 

Onu da qeyd edək ki, “Yaşma” yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 42 km məsafədə 330 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilir. Ən əsası isə “Yaşma” yarımstansiyasında reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirilir.

Oxumağa dəyər:   Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib - Foto

Belə ki, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində şuntlayıcı reaktorlar quraşdırılıb ki, onlardan biri məhz Respublikanın şimal-şərq rayonlarını, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında olacaq. Digər reaktor isə Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” paylayıcı məntəqəsində quraşdırılır.

Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək. Xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı – Video

Multimedia 15/04/2021 10:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında Rusiya dövlət başçısı Vladimir Putini Fransa Prezidenti adlandırıb.

Onun çıxışının videosu Ermənistan parlamentinin yutub kanalında yerləşdirilib.

Çıxışı zamanı Paşinyan dünya liderlərinin adlarını sadalamağa başlayıb və Fransa Prezidentinin adını dedikdən sonra Rusiya Prezidenti Vladimir Putini də “Fransa Prezidenti” adlandırıb.

Xatırladaq ki, 7 apreldə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın Kremldə görüşü baş tutub.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb – VİDEO

Multimedia 15/04/2021 10:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bir bölməsində yenidənqurma işləri görülüb. Burada ərzaq məhsullarının qəbulu, saxlanılması və qoşunlara paylanılması üçün lazımi şərait yaradılıb.

Tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq soyuducu kamera, quru ərzaqların saxlanması üçün ümumi tutumu 1000 ton olan saxlanc, kartof və tərəvəzlərin saxlanması üçün isə ümumi tutumu 200 tonluq saxlanc və toxunulmaz ehtiyat ərzaqının saxlanması üçün 140 ton tutumu olan saxlanc binası mövcuddur.

Bundan əlavə ərazidə quru ərzaqların saxlanması üçün soyutma sistemi ilə təchiz edilmiş 500 tonluq saxlanc binası və tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq saxlanc binası inşa edilib.

Oxumağa dəyər:   Gilyermo Lasso Ekvadorun yeni prezidenti seçildi

Hazırda bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zəngilanın Ağ oyuq qəsəbəsindən görüntülər – VİDEO

Multimedia 15/04/2021 10:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən videogörüntülər yayıb.

“Report” həmin görüntüləri təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyədən növbəti hərbi-texnoloji nailiyyət – Video

Multimedia 14/04/2021 13:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə havadan-havaya raket texnologiyasını inkişaf etdirib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında açıqlama verib.

“Türkiyə havadan-havaya raket texnologiyasına sahib olan nadir ölkələrdən biri olmağı bacardı. GÖKTUĞ layihəsində gənc mühəndislərimiz tərəfindən inkişaf etdirilən “BOZDOĞAN” ilk atəşdə hədəfi tam dəqiqliklə vura bildi”,- deyə Ərdoğan qeyd edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 17/04/2021 14:07

Cəbrayılın Daş Veysəlli kəndinin görüntüləri – VİDEO

Read more
Multimedia 17/04/2021 13:37

Vətən müharibəsinə həsr olunmuş sənədli film beynəlxalq mükafata namizəddir – VİDEO

Read more
Multimedia 16/04/2021 20:02

KOBİA-dan leqal sahibkarlıq və rəsmi məşğulluğa dəstək – Video

Read more
Multimedia 16/04/2021 17:52

“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında – VİDEO

Read more
Multimedia 16/04/2021 14:02

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb – VİDEO

Read more
Multimedia 16/04/2021 13:52

68 kq narkotik, 16 min həb aşkar edildi – Video

Read more
Multimedia 16/04/2021 13:27

Türkiyədə nazirin olduğu təyyarə təcili eniş edib – VİDEO

Read more
Multimedia 16/04/2021 11:12

Özünü dənizə atan qadın belə xilas edildi – Video

Read more
Multimedia 16/04/2021 09:49

Ağdamın Bağbanlar kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 15/04/2021 17:37

Qarabağ zəfərinə gedən yolun Aprel şəhidləri – VİDEO

Read more
Multimedia 15/04/2021 14:19

Saxta şampun və kosmetik vasitələr satanlar saxlanılıb – Video

Read more
Multimedia 15/04/2021 11:19

“Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur – Video

Read more
Multimedia 15/04/2021 10:52

Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı – Video

Read more
Multimedia 15/04/2021 10:42

Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb – VİDEO

Read more
Multimedia 15/04/2021 10:07

Zəngilanın Ağ oyuq qəsəbəsindən görüntülər – VİDEO

Read more
Multimedia 14/04/2021 13:42

Türkiyədən növbəti hərbi-texnoloji nailiyyət – Video

Read more
Multimedia 14/04/2021 13:22

Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib – VİDEO

Read more
Multimedia 14/04/2021 11:02

Azərbaycan Ordusunun Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib – VİDEO

Read more
Multimedia 14/04/2021 05:02

Misirdə ağır yol qəzasında 18 nəfər ölüb – VİDEO

Read more
Multimedia 14/04/2021 02:42

İlham Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşü 5 saat davam edib – Video +

Read more
Multimedia 13/04/2021 18:12

Cəbrayılın Sədi kəndindən – Video

Read more
Multimedia 13/04/2021 16:14

Sərhəddən 213 kilodan çox narkotik keçirmək istədi – Video

Read more
Multimedia 13/04/2021 14:07

Satıcı qadını bıçaqla hədələyib pulu aldı – VİDEO

Read more
Multimedia 13/04/2021 12:32

Zəngilanın Sarıqışlaq kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 13/04/2021 11:02

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib – VİDEO

Read more
Multimedia 13/04/2021 10:32

“Yaş fərqi çətinliklər yaradır” – Siyavuş Kəriminin xanımı – VİDEO

Read more
Multimedia 12/04/2021 21:07

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 12/04/2021 19:52

Usta maşını gecikdirdiyi üçün atəş açan şəxs saxlanıldı – VİDEO

Read more
Multimedia 12/04/2021 18:42

Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi – Video

Read more
Multimedia 12/04/2021 18:22

Azərbaycan Ordusunda taktiki təlimlər başladı – Video

Read more
Multimedia 12/04/2021 15:16

Ermənistan ordusunun bunkeri belə olub – Qənimətlər parkından videoreportaj

Read more
Multimedia 12/04/2021 14:12

Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb – VİDEO

Read more
Multimedia 12/04/2021 13:47

Sumqayıtda piyada və sürücülər cərimələndi – Video

Read more
Multimedia 12/04/2021 12:07

Xəzərdə 3 gəmi istifadəçisi cərimələndi – Video

Read more
Multimedia 12/04/2021 10:07

“Universitetə qəbul olduqdan 5 dəqiqə sonra atamın şəhid xəbəri gəldi” – Video

Read more
Xəbər 12/04/2021 09:34

Topçu Vüsal evinə gəldi – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2021 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla