AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Azərbaycanlı həkimlər Adanada zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcək
  • Seyran Ohanyan hərbi hissənin ərazisini qanunsuz satmaqda ittiham olunur
  • Xilasedicilərimiz Türkiyədə Azərbaycan bulvarı küçəsində dağıntılar altında qalmış 6 nəfərin meyitini çıxarıb
  • İranda etiraz aksiyasının qeyri-rəsmi himninə “Qremmi” mükafatı verilir
  • Azərbaycan sahibkarlarına Mərakeş vasitəsilə Afrika bazarlarına çıxışı təklif edilir
  • Böyük Britaniya Azərbaycanın dəniz külək enerjisi yol xəritəsinin maliyyələşdirilməsinə kömək edir
  • Xəzərdə üzən gəmilərə – Xəbərdarlıq
  • Lənkəranda ağacları kəsən mülkiyyətçi cəzalandırıldı
  • XİN: “Azərbaycan Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərib”
  • Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb – VİDEO
  • Xilasedicilərimiz Türkiyədə Azərbaycan bulvarı küçəsində dağıntılar altında qalmış 6 nəfərin meyitini çıxarıb
  • İranda etiraz aksiyasının qeyri-rəsmi himninə “Qremmi” mükafatı verilir
  • Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb – VİDEO
  • FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO
  • Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb
  • Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib
  • Britaniya kəşfiyyatı: “Rusiya uğurlu hücumlar üçün lazımi imkanlara malik deyil”
  • Azərbaycan Ordusunun Kəlbəcərdəki bölmələrinin döyüş hazırlığı yoxlanılıb
  • Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO
  • Pakistan Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib
  • Ukrayna Baş Qərargahı: “Son sutkada Rusiyanın 1000-dən çox hərbçisi məhv edilib”
  • Azərbaycanlı tələbələr dağıntılar altından çıxarılıb – Rəsmi
  • FHN-in növbəti təyyarəsi Türkiyəyə yola düşdü – Fotolar
  • “Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlanıb
  • Şirvanda narkotik satmaqda şübhəli bilinən qadın həbs olunub
  • “Heç kimə evlərində qalmağa icazə vermirlər” – Cahangir Novruzov
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Azərbaycan və Türkiyə İranla sərhəddə təlimə başladı – Video
05/12/2022 10:41
Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb – VİDEO
07/02/2023 12:01
FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO
07/02/2023 11:38
Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO
07/02/2023 10:50
Dağıntılar altından çəkdiyi video həyatını xilas etdi – Video
07/02/2023 01:17
İməkləyərək dağıntılar altından çıxdı… – Video
07/02/2023 00:05
Xilasedicilərimiz Türkiyədə – Video
06/02/2023 18:35
Kahramanmaraşdakı azərbaycanlıların vəziyyəti necədir? – Video
06/02/2023 17:41
“Polisə əllə işarə etdi və silahla binaya daxil oldu” – Video
06/02/2023 17:11
Türkiyədə nazir toplantı keçirən zaman zəlzələ olub – VİDEO
06/02/2023 16:59
Fərdi yaşayış evində partlayış – Video
06/02/2023 16:07
Bakı-Quba yolunda minik avtomobili qəzaya uğrayıb, yanğın olub – VİDEO
06/02/2023 11:50
Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb – VİDEO
05/02/2023 17:20
“Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video
05/02/2023 16:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
05/02/2023 12:17
Bu şəxslər də ölkəyə gələ bilər – Naxçıvan sərhədində yenilik – VİDEO
05/02/2023 10:50
Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO
05/02/2023 01:08

Video xəbərlər

  • FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO
  • Azərbaycanlılar 27 canı belə xilas etdi – Video
  • 69 saata çıxarılan möcüzənin adı “Ali” – Video
  • “Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır” – Prezident+Video
  • RİİB-in yardım kampaniyasında izdiham – Fotolar+Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

09/02/2023
09:02 Nyu-Yorkdan zəlzələ bölgəsinə humanitar yardım göndərilib
08:56 FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO
08:53 İsmayıllıda mağaza işçisinə qarşı soyğunçuluq edən şəxsdən odlu silah götürülüb
08:17 Ekskavatorçunun diqqəti azyaşlını xilas etdi
08:08 Heydər Əliyev Fondu fevralın 14-dək Türkiyəyə yardım toplayacaq
08:05 Xankəndi-Laçın yolundakı aksiya 60 gündür davam edir: etirazçıların fəallığı yüksəkdir 
07:47 Bayden ikinci müddətə namizədliyi barədə hələlik “qəti qərar” vermədiyini açıqlayıb
07:23 7 600-dən çox rusiyalı təslim olmaq üçün “Yaşamaq istəyirəm” layihəsinə müraciət edib
07:05 Türkiyəli müğənni, yoldaşı və qızları həlak oldu
06:47 Monrealda avtobus uşaq bağçasına çırpılıb, ölənlər və yaralananlar var
06:05 Əminə Ərdoğan zəlzələdə sağ qalan körpələri ziyarət etdi – Foto
05:38 Rusiyada beşmərtəbəli binada güclü partlayış olub, blok uçub
05:37 Suriyada müxalifətin nəzarət etdiyi ərazidə 2 minə yaxın insan ölüb
05:34 Faciə boyda foto…
05:32 Dağıntılardan çıxarılan kimsəsiz uşaqların aqibəti necə olacaq? – Rəsmi açıqlama
04:32 Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb
04:14 KİV: “Baydenin Rusiya və Mərkəzi Asiya üzrə baş müşaviri vəzifəsini tərk edib”
03:56 Azərbaycanlılar 27 canı belə xilas etdi – Video
03:35 Türkiyə Ədliyyə Nazirliyi Hatay həbsxanasındakı qarşıdurmaya münasibət bildirib
03:23 Türkiyədə tviter tam açılacaq, rəsmilər danışdı
03:08 Blinken: “Türkiyə və Suriyadakı görüntülər ürək ağrıdır”
02:56 69 saata çıxarılan möcüzənin adı “Ali” – Video
02:53 Əmək nazirinin müavini BMT-nin Sosial İnkişaf Komissiyasının 61-ci Sessiyasında çıxış edib
02:10 Türkiyənin şərqində güclü zəlzələ olub
02:07 Zelenski Minsk razılaşmalarını “Rusiyaya güzəşt” olduğunu hesab edir
02:05 Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım göndərib
02:02 Zelenski Parisdə səfərdədir
01:14 Məşhur “qanuni oğru” həbs olundu
00:44 Dağıntılar altından quşu ilə birgə xilas edilən uşaq… – Fotolar
08/02/2023
23:49 Zəlzələ altında qalan fenomenin bu müsahibəsi gündəm oldu
23:47 Yunanıstan Türkiyəyə daha bir qrup xilasedici göndərib
23:14 Zəlzələdən zərərçəkmiş vətəndaşlarımız ölkəmizə təxliyə olunublar
22:30 BMT rəsmiləri Türkiyədə zəlzələ bölgəsinə səfər edəcək
22:25 Biləsuvar və Cəlilabad sakinləri də Türkiyəyə yardım kampaniyasına qoşulublar
22:23 “Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır” – Prezident+Video
21:26 Fuat Oktay ərazidə olan afterşokların və yardım əli uzadan ölkələrin sayını açıqlayıb
21:22 Azərbaycandan göndərilən növbəti 229 nəfərlik xilasetmə heyəti Kahramanmaraşa çatıb
21:20 Azərbaycan xəstəxanalarında zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrılıb
21:11 Ermənistan və İran Azərbaycana hücuma hazırlaşır?
21:02 Azərbaycan Ordusunun hərbi həkimi: “Türkiyədə dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır”
20:59 Şuşaya qar yağır, yolların təmizlənməsi davam etdirilir
20:56 4:17-də dayanan saat… – Foto
20:53 Roma Papası Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına yardım etməyə çağırıb
20:38 Aran bölgəsinin sakinləri də Türkiyədəki zəlzələdə ziyan çəkənlərə yardım kompaniyasına start verib
20:30 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir
20:08 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır
20:05 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaq etirazlarını davam etdirir
19:41 Bu gün neçə vaksin vurulub?
19:38 Yoluxanların sayı açıqlandı
19:29 Ərdoğan Azərbaycan başda olmaqla dəstək göstərən ölkələrə təşəkkür edib
19:23 Naxçıvanlı sahibkarlar Türkiyəyə yardım çadırları göndəriblər
19:20 Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır
19:02 Naxçıvanda İMEİ kodları saxtalaşdırılan 42 ədəd telefon aşkarlanıb
18:59 Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb
18:54 Mehriban Əliyeva göstəriş verdi, təyyarə Türkiyəyə yola düşür – Fotolar
18:32 Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb
18:20 FHN-in Mobil səhra hospitalı Kahramanmaraşda quraşdırılmağa başlanılıb
18:10 Ukrayna Prezidenti Fransaya gedir
18:08 Binəqədidə mənzildən meyit tapılıb
18:02 XİN-də kollegiya iclası keçirilib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Azərbaycan və Türkiyə İranla sərhəddə təlimə başladı – Video

Xəbər 05/12/2022 10:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Oxumağa dəyər:   FHN gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb – VİDEO

Hadisə 07/02/2023 12:01
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Hökməlidə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib daha 4 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Cəbrayılov və Nazim Abbasov saxlanılıblar.

Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Hər iki şəxsin narkotik vasitələri əvvəllər məhkum olunmuş Hökməli qəsəbəsində yaşayan Fəqani Qeybullayevdən aldıqları müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin aşkar edilib. Fəqani Qeybullayev ifadəsində bir müddət əvvəl “Baba” adlı İran vətəndaşı ilə tanış olduğunu daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifi ilə razılaşdığını bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Oxumağa dəyər:   AZPROMO ixracatçılar arasında sorğu keçirir

Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum olunmuş Hikmət Burcəliyev də saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO

Hadisə 07/02/2023 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir: “Artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək”.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO

Multimedia 07/02/2023 10:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq bölmələrin “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk etməsi məşq etdirilib.

Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər.

Məşğələlərdə əsas diqqət mümkün təhdidlərin qarşısını dərhal almaq məqsədilə qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişaf etdirilməsi, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsini təmin etməkdir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Dağıntılar altından çəkdiyi video həyatını xilas etdi – Video

Multimedia 07/02/2023 01:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan 20 yaşlı gənc sosial şəbəkədə etdiyi paylaşım sayəsində xilas edilib.

Boran Kubat zəlzələ nəticəsində anası və dayısı ilə birlikdə dağıntılar altında qalıb.

O, bundan sonra dağıntılar altında qaldığını əks etdirən görüntüləri çəkərək sosial şəbəkədə paylaşıb. Nəticədə xilasedicilər onun yerini müəyyənləşdirib və hər üç şəxsi xilas edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İməkləyərək dağıntılar altından çıxdı… – Video

Multimedia 07/02/2023 00:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan insanların xilasetmə işləri davam etdirilir.

Xilasetmə işləri zamanı günün maraqlı görüntülərindən biri Kahramanmaraşda lentə alınıb.

Zəhra adlı azyaşlı dağıntılar arasından xilas edilib. O, bu zaman həyata doğru iməkləyib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xilasedicilərimiz Türkiyədə – Video

Multimedia 06/02/2023 18:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək azərbaycanlı xilasedicilər qardaş ölkəyə çatıb.

Hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kahramanmaraşdakı azərbaycanlıların vəziyyəti necədir? – Video

Multimedia 06/02/2023 17:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün səhər Türkiyədə baş verən dəhşətli zəlzələnin episentri olan Kahramanmaraş şəhərində yaşayan azərbaycanlıların vəziyyəti açıqlanıb. 

Bu barədə Diaspor TV-yə Sütçü İmam Universitetinin müəllimi və doktorantı olan azərbaycanlı Həmran Əmirli danışıb. 

O qeyd edib ki, Kahramanmaraşda qeydiyyatda 56 nəfər azərbaycanlı var. Lakin onların neçəsinin hazırda şəhərdə olduğu məlum deyil. Çünki bəziləri imtahanlar bitdiyinə görə Azərbaycana qayıdıblar: “Buradakı azərbaycanlılarla əlaqə saxlaya bilmirik. Çünki əlaqə vasitələri, telefon, internet işləmir. Səhər tezdən səfirlikdən bizimlə əlaqə yaradılıb. Mən hazırda universitetin ərazisindəyəm və bütün əlaqə saxlaya bildiyim azərbaycanlı tələbələri bura çağırıram”.

H. Əmirli vurğulayıb ki, yaşadığı bina zəlzələdən zərər çəkib. Şəhərin köhnə yaşayış yerləri tamamilə yararsdız vəziyyətdədir. Xəstəxanaların bəziləri zərər çəkdiyinə görə bağlanıb. Gecəni “Kızılay” təşkilatı və ya AFAD tərəfindənqurulan çadırlarında keçirəcəklərini düşünürlər. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Polisə əllə işarə etdi və silahla binaya daxil oldu” – Video

Multimedia 06/02/2023 17:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı təfərrüatlar məlum olub. 

Brifinqdə terror aktının yeni görüntüləri, hadisə zamanı xəsarət alan və hazırda xəstəxanada müalicə olunan səfirlik işçilərinin açıqlamaları yayımlanıb. 

Mahir İmanov bildirib ki, hadisə baş verən gün o növbəni təhvil verib: “Səfirliyin qarşısında belə hadisələr həmişə baş vermir. Ona görə də qapıya yaxınlaşıb açdım ki, nəsə reaksiya verim. Qapını bağlamaq istəyəndə həmin şəxs bizim binaya gələrək atəş açdı. Polis orada silahlı olur. Heç kimə də xəbər vermir ki, belə bir hadisə baş verir. Biz Orxan Əsgərovla tez mühafizə postuna daxil olduq ki, müqavimət göstərmək üçün nəsə götürək. O da elə ata-ata dalımızca gəlirdi. Orxan yıxıldı, atəşlərin səsi də kəsildi. Çevrilib gördüm ki, Vasif artıq onu tutub. Qalxıb Vasifə kömək etmək istəyəndə gördüm ki, sol ayağımdan güllə yarası almışam. Vasif ani olaraq hərəkət etməsəydi, orada çox böyük faciə çıxacaqdı”. 

Oxumağa dəyər:   "Lökbatan dairəsi"ndə 43 yaşlı kişi bıçaqlanıb

Vasif Tağıyevin fikrincə terrorçunun məqsədi binada yaşayan hər kəsi öldürmək olub: “Həmin gün səhər xidməti təhvil aldım. Monitorlarla əraziyə nəzarət etdiyim vaxt maşının yaxınlaşdığını gördüm. Bu zaman Mahir İmanov və Orxan Əsgərov şöldən içəri daxil olurdular. Onlar maşını saxlayıb içəri girən anda qəza oldu. Maşından düşən bir nəfər polisə əllə işarə etdi və silahla binaya atəş aça-aça içəri girərək hadisə törətdi. Mən vurğulamaq istərdim ki, diplomatik polisin vəzifəsində diplomatik nümayəndənin və diplomatların toxunulmazlığı mühafizəsini təşkil etmək var. Polis oradan ona reaksiya verməyərək geri qayıdıb kabinkasında oturur. Məlumat üçün deyim ki, polis orda silahlı şəkildə olur.

Bu şəxs içəri girəndə ilk olaraq Orxan Əsgərovun kürəyindən vurur. Səfirliyimizin binası həm xidməti, həm də yaşayış binasıdır. Orada 6 ailə yaşayır. Mən və Mahir İmanov da orada yaşayırıq. Mən belə başa düşürəm ki, onun məqsədi hamını öldürmək idi. Çünki o tam hazırlıqlı gəlmişdi. Onu tutandan sonra həmin şəxs iki atış açdı. İkinci mənim çiynimdən dəydi. Özümdə güc topladım ki, bu binada ailələr, uşaqlar yaşayır. Mənə bir şey olsa da, onlara heç nə olmasın. Bacardığım qədər onu çölə atmağa, polisə təhvil verməyə çalışırdım. Fars dilində də qışqırararq polisdən kömək istəyirdim”. 

Oxumağa dəyər:   Azərbaycanlı həkimlər Adanada zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcək

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Nəticədə mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyədə nazir toplantı keçirən zaman zəlzələ olub – VİDEO

Multimedia 06/02/2023 16:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Kahramanmaraş şəhərində toplantı keçirən zaman zəlzələ olub.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, nazir və digər iclas iştirakçıları zəlzələni hiss edən kimi masanın altında daldalanıblar. Ardınca isə onlar binanı tərk ediblər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Fərdi yaşayış evində partlayış – Video

Multimedia 06/02/2023 16:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qəbələ şəhər M.Mərdanov küçəsində yerləşən fərdi yaşayış evində partlayış olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 130m² olan birmərtəbəli üçotaqlı fərdi evin mətbəxində, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının zərbəsindən mətbəxin pəncərə çərçivələri yerindən çıxıb, yanğın nəticəsində soyuducunun arxa hissəsində elektrik naqilləri və mətbəxin lambirindən ibarət divar üzlüyü 0,5m² sahədə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı-Quba yolunda minik avtomobili qəzaya uğrayıb, yanğın olub – VİDEO

Hadisə 06/02/2023 11:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun 130-cu km-liyində – Siyəzən rayonu ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Volvo” markalı tranzit yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılması nəticəsində avtomobildən ayrılan təkərdə yanğın baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək avtomobilə keçməsinə imkan verilməyib. Həmçinin, təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin yanacaq çənindən ətrafa dağılmış yanacaq yuyularaq yanğın təhlükəsi aradan qaldırılıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VOLVO” markalı tranzit yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılması nəticəsində avtomobildən ayrılan təkərdə yanğın baş verib.

Oxumağa dəyər:   Xəzərdə üzən gəmilərə - Xəbərdarlıq

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək avtomobilə keçməsinə imkan verilməyib. Həmçinin, təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin yanacaq çənindən ətrafa dağılmış yanacaq yuyularaq yanğın təhlükəsi aradan qaldırılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb – VİDEO

Multimedia 05/02/2023 17:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Keniyanın şimal-qərbində ağır yol qəzasında azı 14 nəfər ölüb.

Bu barədə Keniyanın “Nation” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, fevralın 4-ü axşam saatlarında insanları daşıyan yük avtomobilinin sürücüsü yolda olan dəvə ilə toqquşmaqdan yayınmaq istəyərkən nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb, 14 nəfər isə ölüb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video

Multimedia 05/02/2023 16:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Başdan ayağa” aksiyası birbaşa olaraq abonent məmnunluğunun təmin olunmasına xidmət edir. 

Qurumdan verilən məlumata görə, bu dəfə də Birliyin müvafiq rəhbər şəxsləri abonent müraciətinin icrasını şəxsən özləri icra ediblər.

Ətraflı video materialdan izləyə bilərsiniz:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Multimedia 05/02/2023 12:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.

“Report” nazirliyə isitnadən icmalı təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu şəxslər də ölkəyə gələ bilər – Naxçıvan sərhədində yenilik – VİDEO

Multimedia 05/02/2023 10:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, fevralın 1-dən etibarən Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.

Bu qərarla bağlı yeni detallar məlum olub.

Yeni məlumat odur ki, yalnız Naxçıvan qeydiyyatında olan vətəndaşlar Türkiyəyə 15 gündən bir öz avtomobilləri gedib-gələ biləcəklər.

Ölkənin digər bölgələrində qeydiyyatda olan vətəndaşların isə yalnız Azərbaycana sadəcə, girişinə icazə verilir.

Bu barədə quru yolla Türkiyəyə gedib-gələn vətəndaşlar Naxçıvan TV-yə danışıblar və onlar da məlumatı təsdiq ediblər.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO

Multimedia 05/02/2023 01:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın işğaldan azad etdiyi ərazilərini bərpa etməsi Ukrayna üçün təcrübədir.

Bu fikir Ukraynanın “5 kanal”nın hazırladığı süjetin ana xəttini təşkil edib.

Qeyd edilir ki, Qarabağ müharibəsinin başa çatmasından iki il keçir. 44 gün davam edən döyüşlərdə hər iki tərəfdən 8 mindən çox hərbçi həlak olub. Azərbaycan 30 ilə yaxındır ki, gözlədiyi qələbəni bayram edib: “Azərbaycanlılar tarixi ədaləti necə bərpa edə bildilər və Ukrayna bundan hansı təcrübə əldə edə bilər? Qarabağın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə və tikinti işləri davam edir.

Artıq iki ildir ki, Azərbaycan geri qaytardığı Qarabağı bərpa edir. Bu yer nəhəng tikinti meydanına çevrilib. Yollar çəkilir, asfalt salınır, köhnə məscidlər bərpa olunur, körpülər inşa edilir. İki il əvvəl bu yerdə buldozerlər işləyirdi və ərazini uçuş-enmə zolaqları üçün təmizləyirdilər. İndi burada hava limanı var.

Bakı geri qaytarılan əraziləri qanlı keçmişin abidəsinə çevirmir, burada gələcəyi yaradır. İşğaldan azad edilmiş ərazilərdə əsl tikinti bumu var. Ancaq tikintiyə başlamaq üçün bu ərazini təmizləmək lazım idi və bu minalarla və partlamamış mərmilərlə dolu minlərlə hektar ərazidir”.

Oxumağa dəyər:   Azərbaycanlı həkimlər Adanada zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcək

Süjetdə qeyd olunur ki, təkcə Ağdam rayonunda 68 min hektardan çox ərazi azad edilib. Onlardan bu günə qədər təxminən 17 min hektar ərazi minalardan təmizlənib:

“Yəni ikiillik gündəlik iş prosesində istehkamçılar Ağdam rayonunun yalnız dörddə birini minalardan təmizləyə biliblər. Bu prosesdə təkcə dövlət təşkilatları deyil, özəl qurumlar da iştirak edir.

İtlər və avadanlıqlardan istifadə olunur. Azərbaycanlılar sadəcə olaraq yüzlərlə hektar “ölümcül” torpaqları şumlayırlar.

“Kabus şəhəri” və ya “Qafqazın Xirosiması” – azərbaycanlılar 27 illik işğal başa çatdıqdan sonra Ağdam şəhərini belə adlandırırlar. Qarabağ müharibəsi zamanı Ağdam Azərbaycan qoşunlarının forpostlarından biri olub. Şiddətli döyüşlərdən sonra şəhər “Qrad” raketləri tərəfindən mühasirəyə alınaraq dağıdıldı”.

Qeyd edilir ki, indi Rusiya da Ukraynada eyni taktikadan istifadə edir: “Əgər şəhəri ala bilmirsə, sadəcə ağır mərmilərlə onu yer üzündən silir.

İşğal olunmuş ərazilər qaytarıldıqdan sonra azərbaycanlılar kütləvi məzarlıqları aşkarlamağa başlayıblar.

Oxumağa dəyər:   Avropa Komissiyası: "Türkiyəyə dəstəyimizi davam etdirməyə hazırıq"

Füzuli şəhəri də Ağdam kimi xarabalıqdadır. Lakin bu şəhər bombalanmadı, sadəcə binalar söküldü. Ukrayna da eyni qarətlə üzləşdi, Rusiya hərbçiləri dinc ukraynalıların evlərindən hətta tualet çanaqlarını oğurladılar.

İndi uzun illər işğaldan sonra burada həyatı bərpa etmək üçün titanik səylər göstərilməlidir. Bəzən qayaların arasından bir yol kəsmək, əhatə dairəsində gördüyünüz cığır etməkdən daha asandır. Biz ukraynalılar isə bunu öz təcrübəmizdən başa düşürük”.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Hadisə 07/02/2023 12:01

Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb – VİDEO

Read more
Hadisə 07/02/2023 11:38

FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO

Read more
Multimedia 07/02/2023 10:50

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO

Read more
Multimedia 07/02/2023 01:17

Dağıntılar altından çəkdiyi video həyatını xilas etdi – Video

Read more
Multimedia 07/02/2023 00:05

İməkləyərək dağıntılar altından çıxdı… – Video

Read more
Multimedia 06/02/2023 18:35

Xilasedicilərimiz Türkiyədə – Video

Read more
Multimedia 06/02/2023 17:41

Kahramanmaraşdakı azərbaycanlıların vəziyyəti necədir? – Video

Read more
Multimedia 06/02/2023 17:11

“Polisə əllə işarə etdi və silahla binaya daxil oldu” – Video

Read more
Multimedia 06/02/2023 16:59

Türkiyədə nazir toplantı keçirən zaman zəlzələ olub – VİDEO

Read more
Multimedia 06/02/2023 16:07

Fərdi yaşayış evində partlayış – Video

Read more
Hadisə 06/02/2023 11:50

Bakı-Quba yolunda minik avtomobili qəzaya uğrayıb, yanğın olub – VİDEO

Read more
Multimedia 05/02/2023 17:20

Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb – VİDEO

Read more
Multimedia 05/02/2023 16:23

“Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video

Read more
Multimedia 05/02/2023 12:17

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 05/02/2023 10:50

Bu şəxslər də ölkəyə gələ bilər – Naxçıvan sərhədində yenilik – VİDEO

Read more
Multimedia 05/02/2023 01:08

Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO

Read more
Hadisə 04/02/2023 12:08

Ötən ay Sabunçuda narkotikə görə 49 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 03/02/2023 20:32

Şadlıq sarayları qiymətləri artırdı – Video

Read more
Hadisə 03/02/2023 15:02

Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO

Read more
Multimedia 03/02/2023 12:23

Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video

Read more
Hadisə 03/02/2023 10:29

Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO

Read more
Multimedia 02/02/2023 19:41

Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO

Read more
Multimedia 02/02/2023 15:08

Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video

Read more
Hadisə 02/02/2023 11:35

Bakıda “Kalaşnikov” gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO

Read more
Hadisə 02/02/2023 11:08

“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

Read more
Hadisə 02/02/2023 10:38

Xətaidə marketdən oğurluq edən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 02/02/2023 09:35

“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video

Read more
Multimedia 01/02/2023 19:03

“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video

Read more
Hadisə 01/02/2023 10:50

Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO

Read more
Hadisə 31/01/2023 13:34

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 31/01/2023 10:41

“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video

Read more
Xəbər 31/01/2023 10:07

Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir

Read more
Multimedia 31/01/2023 01:20

Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video

Read more
Multimedia 30/01/2023 21:49

18 ildir kişi kimi yaşayır… – Video

Read more
Multimedia 30/01/2023 16:21

“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video

Read more
Multimedia 30/01/2023 09:56

Amerikalı müğənni vəfat etdi – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla