
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi, qardaş ölkənin hərbi qanunvericilik aktlarının Azərbaycan Respublikasının qanunvericiliyinə inteqrə edilməsi, döyüş və əməliyyat şəraitində beynəlxalq hüquq və konvensiyaların tətbiq edilməsi mexanizminin hazırlanması mövzularında ətraflı müzakirələr aparılıb.