Azərbaycanla Türkiyənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akarın görüşündə bildirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

İstinadlar Report