
Azərbaycan və Türkiyə elektrik enerjisinin ixracının və tranzitinin dərinləşdirilməsi imkanlarını nəzərdən keçirib.
Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
Onun sözlərinə görə, bu məsələ bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclası çərçivəsində Türkiyənin energetika naziri Fatih Dönməzlə görüşdə müzakirə olunub.
“Regional və beynəlxalq əhəmiyyətli Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığını Cənub Qaz Dəhlizinin inkişafı, həmçinin elektrik enerjisinin ixracı və tranziti ilə dərinləşdirmək imkanlarını dəyərləndirdik”, – deyə nazir bildirib.