Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə birgə təlimlərin intensivliyinin artırılması məsələlərini müzakirə ediblər.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb.

Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb.

İstinadlar Report