Azərbaycan və Sinqapur arasında gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqlar aparılıb.

Məluata görə, danışıqlarda Azərbaycan tərəfdən qurumun və Maliyyə Nazirliyinin, Sinqapur tərəfdən isə bu ölkənin Daxili Gəlir İdarəsinin ekspertləri iştirak ediblər. Müzakirələr Sinqapur şəhərində keçirilib. Saziş imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacağı və məlumat mübadiləsi üzrə effektiv münasibətlərin formalaşacağı vurğulanıb.

İstinadlar Report