
Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sənədi Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç imzalayıblar.