Bu günə qədər Azərbaycan şirkətləri Rumıya iqtisadiyyatına 125 milyon ABŞ dolları, bu ölkənin şirkətləri isə Azərbaycan iqtisadiyyatına 30 milyon ABŞ dolları investisiya yatırıb.

Bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 6-cı iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmdov bildirib.

“Bu gün Azərbaycanda Rumıuya şirkətləri əsasən tikinti, inşaat, nəqliyyat sahələrində fəaliyyət göstərirlər. Mövcud investisiyalar ölkələrimz arasında potensialı əks etdirmir. Bu imkanlar və əlaqələr daha da artmalıdır”, – deyə o, qeyd edib.

İstinadlar Report