
Azərbaycan və Rumıniya iki ölkə arasında gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən protokol imzalayıb.
Sənəd Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 6-cı iclasında çərvəsində imzalanıb.
Protokolu Komissiyanın həmsədrləri – Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku imzalayıb.